Əsas səhifə

Zərdab rayonunun qərb ərazisi -1886-cı il.

    Müasir Zərdab rayonun qərbindəki kəndlərinin, Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin əraziləri Ərəş qəzasının tərkibinə daxil idi. 1886-ci ilin kənd təsərrüfatının siyahıya alınmasına görə Körpükənddə 93 ev, 624 nəfər əhali, Bıçaxçıda (Bıçaqçı) 32 ev, 317 nəfər əhali, Seyidlərdə (Yuxarı Seyidlər) isə 28 ev, 263 nəfər əhali qeydə alınmışdır. Sileyli kəndinin ərazisi isə hapıt ailərinin qışlaq ərazisi hesab olunurdu.

   Zerdab qerb erazisi

 
   Ərəş qəzası torpağın tərkibinə, iqliminə və əhalinin məşğuliyyətinə görə dağlıq, düzənlik və meşəlik olmaqla üç bölgəyə bölünürdü. Mingəçevirdən başlayaraq Ərəş və Göyçay qəzalarının sərhəddində yerləşən Körpükəndə qədər Kür çayı boyu yerləşən kəndlər meşəlik bölgəsinə aid edilirdi. Bu kəndlər Kür çayının sol sahilində yerləşirdi.
    Digər bölgələrin əhalisindən fərqli olaraq, Kür sahilində yerləşən əhalinin əsas gəlir mənbələrindən biri də balıqçılır idi. Kürün aşağı hissəsi ilə müqayisədə bu ərazilərdə balıq o qədər də çox olmurdu. Lakin buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi balıqçılıq sakinlərin ən gəlirli məşğuliyyətlərinin biri olaraq qalırdı. Əhali ya icmadan müəyyən haqq müqabilində ayrı-ayrı sahələri icarəyə götürürdülər, ya da özləri balıqçı olurdular. Sonuncu halda, balıqçılar tutulan balıqları əvvəlcədən müəyyən edilmiş qiymətə icarəçiyə satmağı öhdələrinə götürürdülər. İcmadan balıqşılıq sahələrinin icarəyə götürülməsi sakinlər üçün heç də həmişə sərfəli olmurdu. 1885-ci ildə Körpükənd sakinləri icarəçi Hacı Əli Əkbər Sadıqovdan 400 manata, uzunluğu 8 verst olan sahəni icarəyə götürsələr də, bu sahənin yalnız yarım mildən çox hissəsində balıq tuta bilirdilər. Kotavan kəndinin sakinləri isə Seyidlər icmasından 150 manata sahə icarə götürmüşdülər. Bu suların bütünlüklə icarəyə verilməsinə baxmayaraq, Seyidlər kənd sakinləri də bu bu sahədə öz xeyirlərinə balıq ovu ilə məşğul olurdular.
   Demək olar ki, hər bir kənd sakininin qayığı var idi. Yerli sakinlər bu qayıqlara kulaz və ya gəmi deyirdilər. Qayıqlar, hər ağac üçün 3-5 manat pul ödəməklə, dövlət meşələrindən alınan qovaq ağaclarından hazırlanırdı. Bu qayıqlar adətən 2-4 il davam gətirirdi. Qayıqlar digər məqsədlər üçün də isrifadə olunurdu. Kürün sağ sahilindən tut yarpağı, ot gətirirdilər, bəzən isə qadağan olunmuş vaxtlarda balıq ovuna da çıxırdılar.
   Bölgənin sakinləri həm də baramaçılıq ilə məşğul olurdular. Körpükənd sakinləri idə 500 pud, Bıçaxçı kənd sakinləri 100 pud, Seyidlər kənd sakinləri isə 80 pud barama yetişdirirdilər.
   Əhali qismən bağçılıq ilə də məşğul olurdular. Körpükənddə 20 hektar, Seyidlər kəndində isə 10 hektar bağ sahəsi qeydə alınmışdır.
   Bu kəndlərin sakinləri öz torpaqlarını qışlaq kimi də icarəyə verirdilər. İcarə haqqı bir heyvan üçün 8 qəpikdən başlayırdı. Körpükənd sakinləri 5 qışlağı 500 manata, Bıçaqçı sakinləri isə 1 qışlağı 99 manata icarəyə vermişdilər.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы