Əsas səhifə

Şirvan xanının Əlvəndli xanımı. Əlvəndə yaşayan xan övladları.

    Şirvan xanı Mustafa xan doqquz dəfə evlənmişdir. Evləndiyi xanımlar xan qızları, bəy qızı, gürcü və erməni əsilli kənizlər, sadə kəndli qızı olmuşdur. Mənbələrdə Mustafa xanın həyat yoldaşı Güləndam xanımın adını Kiçkinə xanım da yazırlar. Rus zabitlərinin general Yermolova yazdıqları hesabatlarda da Güləndam xanım və Kiçkinə xanım haqqında qeydlər var, lakin bu hesabatlarda Kiçkinə xanım Əlvənd məliki Mahmud bəyin qızı kimi göstərilmişdir. 

elvend

   

   Mustafa xan Əlvənd məliki Mahmud bəyin qızı Məlikqızı ilə 1810-cu ildə evlənib və Sara bəyim adlı bir qızları olub. Kiçkinə xanım (Məlikqızı) və qızı Sara bəyim rus işğalından sonra Mustafa xan ilə birlikdə sərhəddi keçib İrana getmişdilər. Sonradan xan ilə birlikdə geri qayıdan Məlikqızı 1832-ci ildə vəfat еdib və Pеyğəmbər qəbiristanlığında dəfn olunub.
   Məlumatlara görə Kiçkinə xanım Mustafa xanın övrətləri içərisində ən çox mülkə sahib olan xanımlardan biri olub. Əhalisi əsasən sənətkarlıq ilə məşğul olan Həsən mahalının Kirki kəndi Kiçkinə xanıma məxsus olmuşdur. Kiçkinə xanım balıq vətəgələrindən böyük gəlir götürürdü.
   Hesabatlarda Kiçkinə xanımın dogma qardaşı Novruz Əli bəy haqqında da məlumat verilir. Novruz Əli bəy Məlik Mahmud bəy oğlu XIX əsrin əvvəllərində (təxminən 20-ci illərdə) Əlvənd naibi olmuşdur. Silahlı dəstələr təşkil edən Novruz Əli bəy, yeznəsi Mustafa xanın və eləcə də xan ilə gedən arvadının dogma qardaşı Abdulla bəyin Kür çayını Əlvənd kəndindən keçib ölkə xaricinə getmələrinə imkan verməmişdir.
   Mustafa xanın Məlikqızından olan övladı Sara bəyim 1813-cü ildə anadan olub. Sara bəyim 1833-cü ildə əmisi İsmayıl bəyin oğlu Əhməd xanla evlənib. 1862-ci ildə vəfat еdən Sara bəyim Günbəzlər qəbiristanlığında dəfn olunub.
   Əhməd xan ilə Sara bəyimin 3 övladı olub. Qızları Əziz bəyim 1834-cü ildə anadan olub, Səfər Əli bəyin oğlu Şükür bəylə evlənib. İkinci qızları Güllü bəyim isə 1836-cı ildə anadan olub, İran təbəəsi Həsən xanın oğlu Böyük xanla evlənib. Fəti xan adlı oğulları isə 1839-cu ildə anadan olub. Fəti xan 1856-cı ildə Ağa xanın qızı Hacı Bikə ilə evlənib. Onlar Əlvənd kəndində yaşayırdılar. Fəti xanın Hacı Bikədən 1858-ci ildə Əhməd xan adlı, 1864-cü ildə Hüseyn Əli xan adlı, 1867-ci ildə Həmid xanadlı oğulları, 1861-ci ildə isə Sara bəyim adlı qızları dünyaya gəlib. Fəti xanın ailəsinin, övladlarının, doğmalarının, xidmətçilərinin yaşadığı ərazi, yaşayış məntəqəsi Fətixanlı adlandırılmışdır. Sonralar Fətixanlı kəndinin adı dəyişdirilmiş, Köhünlü adlandırılmışdır. Bu kənd hazırda Kürdəmir rayonu ərazisinə daxildir.
   Mustafa xanın atası Ağası xan da Əlvənd bəyləri ilə qohum olub, Əlvənd məliki Məhəmməd bəyin qızı Hacıxanım xanımla evlənib. Onların dörd oğlu (Haşım xan, Cəfər bəy, Abdulla bəy, Mеhdi bəy) və Həcər xanım adlı bir qızları olub. Haşım xan ilə Mustafa xanın siyasi hadisələrdə fikir ayrılıqları var idi. Haşım xan Əlvənd məliki Novruz Əli bəyin qızı Fatma xanım ilə evlənmişdir. Novruz Əli bəyin Mustafa xana qarşı çıxmasına bu qohumluq əlaqəsi də təsir etmişdir. Fatma xanım oğlu Abbas bəy ailəsi ilə birllikdə Haşımxanlı kəndində (Sabirabad rayonu) yaşayıb.
   Haşım xanın oğlu Əbil bəy Əlvənd bəyi Məhəmməd Əli bəyin qızı Tükəzban xanımla evlənib. Xan ailəsinin bir çox üzvi Əlvənd kəndində yaşayıb. Bu kənddə vəfat edən ailə üzvləri əsasən Baba Səməd qəbiristanlığında dəfn olunublar.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы