ZƏRDAB ŞƏHİDLƏRİ
- Qarayev Mənsur Şirvan oğlu
Mənsur Qarayev 1975-ci ildə Sarıqaya kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Füzuli rayonunda, döyüş əməliyyatı zamanı şəhid olub. Təhsil aldığı Sarıqaya kənd orta məktəbi Mənsur Qarayevin adını daşıyır.
- Qasımov Elşən Tacəddin oğlu
Elşən Qasımov 1975-ci ildə Aşağı Seyidlər kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1994-cü ildə Tərtər rayonunun Seysuran kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-71 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- Qasımov Heydər Zeynal oğlu
Heydər Qasımov 1975-ci ildə Alcanlı kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü il tarixdə Ağdərə rayonunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
- Qasımov Zaur Abahan oğlu
Zaur Qasımov 1973-cü ildə Yarməmmədbağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1993-cü ildə Ağdərə rayonunda gedən döyüşlər zamanı şəhid olub.
- Qədirov Mehdi Ədil oğlu
Mehdi Qədirov 1961-ci ildə Otmanoba kəndində anadan olub. 1993-cü ildə Qarabağ müharibəsinə yollanıb. 1994-cü ilin yanvar ayında Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. İyun ayında şəhidin nəşi tapılıb və Zərdab rayonunda dəfn edilib.
- Qədirov Miraslan Asdan oğlu
Miraslan Qədirov 1964-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. Daxili qoşunlarda xidmət edib. 1993-cü ildə Ağdam rayonunun Cəvahirlər kəndində şəhid olub.
- Qocayev Arif Əlibala oğlu
Arif Qocayev 1968-ci ildə Xanməmmədli kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olub.
- Qocayev Elman Yasin oğlu
Elman Qocayev 1974-cü ildə Gəlmə kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Ağdam rayonu Mahrızlı kəndində, döyüş zamanı aldığı qəlpə yarasından şəhid olub.
- Qurbanov Samir İslam oğlu
Samir Qurbanov 1976-cı ildə Mehtililər kəndində anadan olub. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1995-ci ildə Murovdağda itkin düşüb. 1996-cı ilin iyun ayında nəşi tapılıb və Zərdab rayonunda dəfn edilib.
- Mahmudov Saqib Mahmud oğlu
Saqib Mahmudov 1967-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. 1992-ci ildə Mingəçevir ŞHK tərəfindən hərbi xidətə çağırılıb, 771-ci hərbi hissədə avtomatçı idi. 1992-ci ildə Laçın rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrin biri Saqib Mahmudovun adını daşıyır.
- Mamayev Əhməd Nəsrəddin oğlu
Leytenant Əhməd Mamayev 1956-ci ildə Zərdab şəhərində anadan olub. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb, 708 saylı hərbi hissənin taqım komandiri idi. Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. 1992-ci ildə Ağdamın Sırxavənd kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il 2-62 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- Mehdiyev Səyyad Abdulhəmid oğlu
Səyyad Mehdiyev 1976-cı ildə Məmmədqasımlı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1995-ci ildə Ağdam rayonunun Mərzili kəndində mina partlayışı nəticəsində şəhid olub.
- Mehrəliyev İdris Səftər oğlu
İdris Mehrəliyev 1973-cü ildə Dəliquşçu kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.
- Məmişov Münasib Tacəddin oğlu
Münasib Məmişov 1973-cü ildə Bıçaqçı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 67987 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-175 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
Anar Məmmədzadə 1999-cu ildə Zərdab şəhərində anadan olub. Azərbaycan Tex Universitetinin tələbəsi idi. 2020-ci ilin yanvar ayında isə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb, Füzuli istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
- Məmmədov Aydın Cəlil oğlu
Aydın Məmmədov 1961-ci ildə Çallı kəndində anadan olub. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb. 1995-ci ildə Füzuli rayonunda şəhid olub.
- Məmmədov Bədəl Ağacan oğlu
Bədəl Məmmədov 1973-cü ildə Şəftəhal kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
- Məmmədov Bəhlul İsam oğlu
Bəhlul Məmmədov 1975-ci ildə Zərdab rayonunun Burunlu kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdurrəhmanli kəndində gedən döyüşlərdə itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-169 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- Məmmədov Gəray Mirəhməd oğlu
Gəray Məmmədov 1970-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdərə rayonunda Poltəpə yaxınlığında gedən döyüşlərdə şəhid olub.
- Məmmədov Haqverdi Fəxrəddin oğlu
Haqverdi Məmmədov 1970-ci il tarixdə Yuxarı Seyidlər kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füsuli rayonunun Şükürbəyli kəndində şəhid olub.
Müəllif hüquqları qorunur. Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.