ZƏRDAB ŞƏHİDLƏRİ
- Xanəliyev Namiq Xanalı oğlu
Namiq Xanəliyev 1971-ci ildə Alcanlı kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağrılıb, 706-cı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Qubadlı rayonunun Qələağac yüksəkliyində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-66 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- Xəlilov İbrahimxəlil Qasım oğlu
İbrahimxəlil Xəlilov 1956-cı ildə Alıcanlı kəndində anadan olub. 1991-ci ildə Qarabağ müharibəsinə yollanıb. 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərin birində şəhid olub.
- Xəlilov Malik İsa oğlu
Malik Xəlilov 1973-cü ildə Zərdab şəhərində anadan olub. Göyçay RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Malik Xəlilovun adını daşıyır.
- Xəlilov Mehman Ağabala oğlu
Mehman Xəlilov 1973-cü ildə Şəftəhal kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Murovdağda şəhid olub.
- Xəlilov Məhəmməd Qəhrəman oğlu
Məhəmməd Xəlilov 1965-ci ildə Şəftəhal kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 123 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Məhəmməd Xəlilovun adını daşıyır.
- İbadov Zamin Vaqif oğlu
Zamin İbadov 1976-cı ildə Pərvanlı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1995-ci ildə Ağdam rayonunun Mərzili kəndində mina partlayışı nəticəsində şəhid olub.
- İbişov Naməddin Tacəddin oğlu
Naməddin İbişov 1965-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
- İbrahimov Seyran İbrahim oğlu
Sehran İbrahimov 1965-ci ildə Bəyimli qəsəbəsində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 25032 saylı hərbi hissənin avtomatçısı idi. Tərtər uğrunda gedən döyüşlərin birində itkin düşüb və 2 aydan sonra evlərinə qayıdıb. 1993-cü ildə könüllü olaraq yenidən Qarabağ müharibəsinə yollanıb. 1994-cü ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
- İmanov Yavər Həsən oğlu
Yavər İbrahimov 1966-cı ildə Qoruqbağı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində şəhid olub.
- İsaqov Zakir Nüsrət oğlu
Zakir İsaqov 1958-ci ildə Təzəkənd kəndində anadan olub. Milli Orduya könüllü yazılmışdır. 123 saylı hərbi hissənin tərkibində döyüşüb. 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində şəhid olub. Zərdab şəhərindəki küşələrin biri Zakir İsaqovun adını daşıyır.
- İsayev Sahib Ağahüseyn oğlu
Sahib İsayev 1972-ci ildə Zərdab rayonunun Dəkkoba kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissədə xidmət edib. 1994-cü ildə Füzuli rayonunda, yaralı vəziyyətdə döyüş bölgəsində qalaraq itkin düşüb. Ermənilər tərəfindən əsir götürüldüyü ehtimal olunur.
- İsgəndərov Xəzani Nizami oğlu
Xəzani İsgəndərov 1977-ci ildə Gəlmə kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1996-cı ildə şəhid olub.
- İsmayılov Babək Mehdi oğlu
Babək İsmayılov 1971-ci ildə Qoruqbağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 5477 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Babək İsmayılovun adını daşıyır.
- İsmayılov Davud İsmayıl oğlu
Davud İsmayılov 1974-cü ildə Otmanoba kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Füzulu rayonunun Yuxarı Ədurrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
- İsmayılov Mahir Şahabbas oğlu
Mahir İsmayılov 1974-cü ildə Alıcanlı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam rayonunda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-168 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
- İsmayılov Nazir Əlsəf oğlu
Nazir İsmayılov 1974-cü ildə Alcanlı kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə yaralanaraq şəhid olub.
- İsrəfilov Məhəmməd Şahvələd oğlu
Məhəmməd İsrəfilov 1973-cü ildə Təzəkənd kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə, Murovdağda şəhid olub.
- Kərimov Elşən Kərim oğlu
Elşən Kərimov 1970-ci ildə Yediyarlı (Əlibəyli) kəndində anadan olub. Daxili qoşunlarda xidmət edib. 1992-ci ildə Ağdam rayonunda şəhid olub.
- Kərimov Nəfi Kərim oğlu
Nəfi Kərimov 1969-cu ildə Məmmədqasımlı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
- Köçəriyev Rahib Kamal oğlu
Rahib Köçəriyev 1973-cü ildə Allahqulubağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.
Müəllif hüquqları qorunur. Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.