ZƏRDAB ŞƏHİDLƏRİ
- Babaşov Mehman Mirsəməd oğlu
Mehman Babaşov 1974-cü ildə Zərdab şəhərində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-34 saylı Qətnaməsinə əsasən Mehman Babaşova şəhidlik statusu verilmişdir.
- Bayramov Şaiq Tofiq oğlu
Şaiq Bayramov 1973-cü ildə Əlvənd kəndində anadan olub. 1991-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 5456 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərinin küçələrindən biri Şaiq Bayramovun adını daşıyır.
- Bəkirov İldırım Mahmud oğlu
İldırım Bəkirov 1974-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1993-cü ildə Ağdaş RHK tərəfindən Milli Orduya çağırılıb. 706 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.
- Bəkirov Zahid Ağahüseyn oğlu
Zahid Bəkirov 1963-cü ildə Zərdab şəhərində anadan olub. Daxili işlər şöbəsinin mühafizə bölməsinin əməkdaşı idi. 1992-ci ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrin biri Zahid Bəkirovun adını daşıyır.
- Bəkirov Ziya Xan oğlu
Ziya Bəkirov 1973-cü ildə Pərvanlı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1992-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndində gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Ziya Bəkirovun adını daşıyır.
- Cavadov Aydın Vəli oğlu
Aydın Cavadov 1973-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 2009 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə dövlət sərhədində qəhrəmanlıqla şıhid olub.
- Cəbişov Daşqın Qulu oğlu
Daşqın Cəbişov 1973-cü ildə Yarməmmədbağı kəndində anadan olub. 1991-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb. Daxili qoşunlarda xidmət edib. 1992-ci ildə Qarabağa göndərilib, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdam rayonu Qalayçılar kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-174 saylı Qətnaməsinə əsasən Daşqın Cəbişova şəhidlik statusu verilmişdir.
Çavuş İbrahim Cəbrayıllı 1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. 2017-ci ildə hərbi xidmətə çağırılıb. Daxili Qoşunlarda xidmətə başlayıb, müddətdən artıq hərbçi kimi də qulluğunu davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşən İbrahim, 30 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
- Cəfərov Vahid Səfər oğlu
Vahid Cəfərov 1972-ci ildə Zərdab şəhərində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb. 161 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonu Poltəpə yüksəkliyi uğrunda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Vahid Cəfərovun adını daşıyır.
- Cəlilov Coşqun Əsgər oğlu
Coşqun Cəlilov 1975-ci ildə Sileyli kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. Coşqun Cəlilov 1994-cü ildə şəhid olub.
- Dəmirov Famil Ağacan oğlu
Famil Dəmirov 1966-cı ildə Şahhüseynli kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 703 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Tərtər rayonunda döyüşlər zamanı itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2000-ci il tarixli 2-79 saylı Qətnaməsinə əsasən Famil Dəmirova şəhidlik statusu verilmişdir.
- Eminov Fərrux Əli oğlu
Fərrux Eminov 1973-cü ildə Zərdab şəhərində anadan olmuşdur. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhər Fəhlə qəsəbəsindəki küçələrdən biri şəhidin adını daşıyır.
- Eminov Zaur Surət oğlu
Zaur Eminov 1975-ci ildə Çallı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb, 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Qaravənd kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
- Eyvazov Söhrab Nadir oğlu
Söhrab Eyvazov 1973-cü ildə Dəkkəoba kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.
- Eyvazov Rafiq İsrayıl oğlu
Rafiq Eyvazov 1968-ci ildə Zərdab şəhərində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2000-ci il 2-96 saylı Qətnaməsinə əsasən Rafiq Eyvazova şəhidlik statusu verilmişdir.
- Ədilov Əfqan Maqsud oğlu
Əfqan Ədilov 1975-ci il tarixdə Zərdab şəhərində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Kəlbəcər bölgəsində, Murovdağda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Əfqan Ədilovun adını daşıyır.
- Əhmədov Əlimərdan Əli oğlu
Əlimərdan Əhmədov 1962-ci ildə Şıxbağı kəndində anadan olub. 1994-cü ildə Qarabağ döyüşlərinə yollanıb. 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərin birində şəhid olub.
- Əhmədov Nəsimi Əhməd oğlu
Nəsimi Əhmədov 1970-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1994-cü ildə Qarabağ döyüşlərinə yollanıb. 1994-cü ildə Beyləqan rayonunda gedən döyüşlərin birində şəhid olub.
- Əliyev Ələsgər Rəsul oğlu
Ələsgər Əliyev 1965-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. İyun ayında Sırxavənd kəndinin ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Kənd uğrunda gedən döyüşlərdə itkin düşüb. Yaralı vəziyyətdə döyüş meydanında qaldığı və ermənilər tərəfindən əsir götürüldüyü güman edilir. Zərdab rayon Məhkəməsinin 2002-ci il 2-182 saylı Qətnaməsinə əsasən Ələsgər Əliyevə şəhidlik statusu verilmişdir. Ailəli olub, iki övladı var.
- Əliyev Qüdrət Səfər oğlu
Qüdrət Əliyev 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. Ailəsi ilə birlikdə qaçqın kimi Bıçaqçı kəndində məskunlaşmışdır. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
- Əliyev Mail Mikayıl oğlu
Mail Əliyev 1969-cu ildə Otmanoba kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərin birində şəhid olub.
Müəllif hüquqları qorunur. Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.