Müasir Zərdab ərazisinin daxil edildiyi inzibati ərazilər
1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və quberniya Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı, Lənkəran qəzaları və Xəzər dənizindəki adalar daxil idi. 1860-cı ildə Dərbənd quberniyasının ləğvindən sonra Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı…>>>>>
1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Kür çayının sol sahilində yerləşən qəza cənubdan və cənub qərbdən Kür çayı ilə, şimaldan Nuxa qəzası ilə, şərqdən Göyçay qəzası ilə həmsərhəd idi…>>>>>
Göyçay qəzası 09 dekabr 1867-ci il tarixli çar fərmanı əsasında, Şamaxı qəzasından ayrılaraq yaradılmışdır. Quberniya ərazisinin 12,22 faizini təşkil edən qəzanın ərazisi 4156,9 kvadrat verst idi, qəzanın idarəetmə idarəsi isə Göyçay poçt məntəqəsində yerləşirdi…>>>>>
Vilayətin inzibati mərkəzi Şamaxı şəhəri idi. 25 dekabr 1840-cı ildə Şamaxada Dövlət Şurasının üzvü, senator, Xüsusi Məsləhətçi Baron Pavel Qan təntənəli surətdə Kaspi (Xəzər) Vilayət İdarəsinin açılışını həyata keçirdi…>>>>>
Şamaxı qəzası Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı, mərkəzi Şamaxı şəhəri idi. Qəzanın iqtisadi həyatında kənd təsərrüfatı, əkinçilik, bağçılıq, ipəkçilik, maldarlıq sahələri üstünlük təşkil edirdi. Sənətkarlıq, xüsusilə toxuculuq inkişaf etmişdi. İmperiyanın köçürmə siyasəti nəticəsində qəzada ruslar və ermənilər də məskunlaşdırılmışdı….>>>>>
1846-cı ildə Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı. Azərbaycan ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil edildi. Quberniyalar da öz növbəsində qəzalara bölünürdü. Mərkəzi Şamaxı şəhəri olan quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi…>>>>>
İşğal edilmiş xanlıqların ərazilərində yeni inzibati ərazilər yaradılmışdır. Şəki əyalətində komendant üsul-idarəsi yaradıldı və mayor Fon Disterlo Şəki komendantı təyin edildi…>>>>>
Şirvanşahlar dövlətinin süqutundan sonra Səfəvilər tərəfindən mərkəzi Şamaxı şəhəri olmaqla, Şirvan bəylərbəyliyi yaradıldı… 1583-cü ildə tam olaraq Osmanlıların nəzarətinə keçən Şirvan bəylərbəyliyi (və ya Şirvan əyaləti) Özdəmiroğlu Osman paşanın idarəçiliyinə verildi….>>>>>
1820-ci ildə Şamaxı xanlığı ləğv edildi və ərazidə mahallardan ibarət olan Şirvan əyaləti təşkil edildi. Əyalətin rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən rus ordusunun zabitlərindən təyin edilmiş komendantlara həvalə olunmuşdur…>>>>>
Yelizavetpol quberniyası 1867-ci ildə yaradılmışdı. Şimaldan Tiflis quberniyası, Zaqatala və Dağıstan vilayətləri ilə, şərqdən Bakı quberniyası ilə, qərbdən Tiflis və İrəvan quberniyaları ilə, cənubdan isə Cənubi Azərbaycan (Araz çayı) ilə sərhəd idi…>>>>>
Müəllif hüquqları qorunur. Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.