Zərdab rayonu

  • 05 fevral 1935-ci ildə təşkil olunmuşdur.
  • 01 yanvar 1963-cü ildə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir.
  • 06 yanvar 1965-ci ildə müstəqil rayon statusu bərpa edilmişdir.
  • 1 şəhər, 1 qəsəbə və 40 kənd olmaqla, 42 yaşayış məntəqəsindən ibarətdir.
  • Yaşayış məntəqələrinin yarıdan çoxu, 22-si Kür çayı sahilində yerləşir.
  • 28 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 27 bələdiyyə fəaliyyət göstərir.
  • Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir.
  • Kürdəmir, Ağdaş, Ucar, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Bərdə, Ağcabədi, Beyləqan rayonları ilə həmsərhəddir.
  • Kür çayı üzərində tikilmiş körpü rayonu Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir.
  • Ərazisi 855,6 kvadrat kilometrdir.
  • Ərazisi respublika ərazinin təxminən 1 %-ni, yerləşdiyi iqtisadi rayonun ərazisinin isə təxminən 4%-ni təşkil edir.
  • Əhalinin sayı 59700 nəfərdir (01.01.2021-ci il).
  • Əhalinin sıxlığı: 1 kvadrat kilometrə 69 nəfər (01.01.2021-ci il).
  • Bakıdan şosse yolu ilə məsafəsi 231 kilometrdir.
  • Ucar dəmiryolu stansiyasından 35 km məsafədə yerləşir.
  • Səthi düzənlik olub, əsasən, okean səviyyəsindən aşağıdadır.
  • Dəniz səviyyəsindən 11 metr aşağıda yerləşir.
  • Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir.
  • Torpaqları boz-çəmən torpaqlarıdır.
  • Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir.
  • Əsas çayları Kür və Türyançayın aşağı axını olan Qarasu çaylarıdır.
  • Kür və Qarasu çayları Zərdabda qovuşur.
  • Kür çayı boyunca Tuqay meşələri uzanır.
  • Kür çayının keçmişdə keçdiyi axın yataqları ərazidə axmazlar kimi qalmışdır.
  • Aşağı Şirvan Kollektoru rayon ərazisindən keçir.
  • Ərazidə neft-qaz yataqları aşkar edilmişdir.
  • İSO kodu: AZ-ZAR
  • Telefon kodu: (+994) 20
  • Poçt indeksi: AZ 6300
  • Avtomobil nömrəsi: 63
  • Mətbuat orqanı «Əkinçi» qəzetidir.

 

 

 

 

 


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы