Əsas səhifə

Bayat-Nadir Hüseynbəy obası

   Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türküstanda yaşayan Bayat tayfasına mənsub ailələr XIII əsrdə monqollar ilə birgə öncə Kiçik Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə köçən Bayat tayfa ailələrinin bir qismi XV əsrin sonu XVI əsrin əvvəllərində səfəvilər ilə birgə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məşkunlaşan Bayatlar öz adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat, Uzun Bayat, Göyçay qəzasında Bayat-Məlik Umud, Bayat-Nadir Hüseyn (bəzi mənbələrdə Bayat-Nəzir Hüseyn) obalarına vermişdilər. 
   Sənədlərə əsasən Bayat-Nadir Hüseynbəy obası müasir Zərdab ərazisində məskunlaşmışdılar. Bəzi mənbələrdə Boyat-Nəzir Hüseynbəy kimi də yazılan oba ailələri, Çallı kəndinin yaxınlığındakı ərazilərdə, Nəzirli nəslinə məxsus torpaqlarda yurd salmışdılar. 1870-ci ildə qəza mərkəzindən 40 verst məsafədə yerləşən obanın 11 təsərrüfatında 31 nəfər kişi, 19 nəfər qadın olmaqla, cəmi 50 nəfər əhali qeydə alınıb.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы