Əsas səhifə

Burunlu kəndi

    Burunlu kəndi Zərdab rayon ərazisində mövcud olan müskürlü kəndlərindən biridir. Kənd rayon mərkəzindən 18 kilometr qərbdə yerləşir, ərazisi 925 hektardır.  Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, quşçuluq, pambıqçılıq, taxılçılıq, bostançılıq, baramaçılıq, yemçilik, meyvəçilikdir.
   Yaşayış məntəqəsi Burunlu adlı yerdə salındığı üçün belə adlandırılmışdır. Kür çayı əvvəllər bu ərazidən keçirmiş və onun sərt əyildiyi yer Burunlu adı ilə tanınmışdır. Bu ərazi hazırda axmaza çevrilib. Kənd XIX əsrdə müskürlü icmasına mənsub ailələr tərəfindən salındığına görə Burunlu Müskürlüsü də adlandırılmışdır.
    Bərgüşad bölgəsinin Zərdab icmasına daxil olan Müskürlü-Burunlu kəndində 1921-ci ildə 30 ev olu. 1933-cü ildə kəndin 41 təsərrüfatında 186 nəfər əhali yaşayıb. Hazırda Burunlu Məlikli kənd inzibati ərazi dairəsinin tərkibində yerləşir.

     <<< Geriyə


 

Создайте подобный сайт на WordPress.com
Начало работы