Əsas səhifə

Abdullayev İsam Abdulla oğlu         

   1912-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində anadan olub. 1941-ci ildə orduya çağırılıb. Tibb xidmətinin kapitan rübtəsinə qədər yüksəlib.
   Dəfələrlə qəhrəmanlıq göstərmiş, yaralı əsgər və zabitlərə döyüş meydanında ilkin yardım göstərib, səhra hospitalında müalicə edib.
   1944-cü ilin əvvəllərində gedən döyüşlərin birində  38-ci atıcı diviziyanın 29-cu atıcı polkunun 620 yaralı döyüşçülərinə tibbi yardımlar göstərib, müalicə edib. Bu döyüşçülərin bəziləri  vaxtında göstərilən tibbi yardımlar sayəsində yenidən öz döyüş mövqelərinə qayıdıb. Düşmənin güclü atəşləri altında səhra hospitalda yatan 120 döyüşçünün köçürülməsini təmin etdiyinə görə 01 may 1944-cü il tarixdə “Qafqazın müdafiəsinə görə” medalı ilə, 17 may 1944-cü il tarixdə isə “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.
   1944-cü ilin payızında 350 əsgər və zabitə ilkin tibbi yardımlar göstərmişdir. Bu döyüşçülərin 200 nəfəri 4 ay ərzində öz döyüş mövqelərinə qayıtmışdılar. Bu fədakarlığına görə 20 dekabr 1944-cü il tarixdə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilmişdir.
   12 oktyabr 1945-ci il «1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» medalı ilə təltif olunub.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы