Əsas səhifə

İnqilab körpüsü

   Zərdab rayonu (Qoruqbağı kəndi) ilə Ağcabədi rayonunu birləşdirən, Kür çayı üzərindəki köhnə körpü el arasında rəmzi olaraq İnqilab körpüsü adlanırdı. Körpünün tikilməsinin və belə adlanmasının maraqlı bir tarixçəsi var.

   1985-ci ildə dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illiyi ərəfəsində, Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən İnqilab Nadirov, Azərbaycanın Yollar naziri Rafiq Xələfov ilə Üzeyir bəyin harada doğulması ilə bağlı mübahisə edirlər. Nadirov onun Ağcabədidə, R.Xələfov  isə Şuşada doğulduğunu iddia edirlər. İnqilab müəllm şərt kəsir ki, əgər mərci uduzarsa 1000 manat həcmində R.Xələfovun istədiyini alacaqdır. Rafiq müəllim uduzarsa onda Kür çayı üzərində Zərdab ilə Ağcabədini birləşdirən körpü salacaqdır. Az bir müddət keçdikdən sonra İnqilab Nadirov Üzeyir bəyin Ağcabədidə doğulması ilə bağlı sənədlər gətirib Rafiq Xələfova göstərir. Uduzduğunu etiraf edən R.Xələfov körpü tikintisinin plan və layihəsini həyata keçirməyə başlayır. Çox keçmir ki, körpü tikilir. Zərdabla Ağcabədi rayonlarını birləşdirən İnqilab körpüsünün həm Zərdab, həm də Ağcabədi sakinləri, ümumiyyətlə qarabağlılar və şirvanlılar üçün müstəsna əhəmiyyəti olmuşdur.
   Sonralar Kür çayı üzərində, Zərdab və Ağcabədini birləşdirən yeni körpü tikilmiş, 2021-ci ildə istifadəyə verilmişdir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы