Əsas səhifə

Allahverdiyev Marat Allahverdi oğlu           

   Marat  Allahverdiyev 18 aprel 1941-ci ildə Bakı şəhərində anadan olub. Əslən Zərdab rayonunun Körpükənd kəndindəndir. 

Allahverdiyev Marat

   Orta təhsil aldıqdan sonra Azərbaycan Politexnik Universitetini (indiki AzTU) bitirib. Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur “Bərpaçı” mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb.
   1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.
   Bakı şəhərində vəfat edib.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы