Zerdab rayonu

  • “Ağtəpə” kurqanı
     “Ağtəpə” adlanan kurqan müasir Dəli Quşçu kəndinin ərazisində yerləşir və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Ağtəpənin kurqan deyil, ilk orta əsr yaşayış yerinin, Üçtəpənin bir hissəsi olduğunu yazır və təpələrin üzərində sonradan müsəlman qəbirlərinin salındığını bildirir.  Ağtəpə və Qaratəpə hissələrindən ibarət olan Üçtəpə yaşayış yerinin digər bir hissəsi, üçüncü təpə Sovet hakimiyyəti illərində təsərrüfat işləri zamanı dağıdılmışdır.

    Zərdab rayonu (Qoruqbağı kəndi) ilə Ağcabədi rayonunu birləşdirən, Kür çayı üzərindəki köhnə körpü el arasında rəmzi olaraq İnqilab körpüsü adlanırdı. Körpünün tikilməsinin və belə adlanmasının maraqlı bir tarixçəsi var…>>>>>

    “Qoyun ölümü” keçidinin Ərəş və ya müasir Zərdab rayonunun ərazisində yerləşdiyi bildirilir. Qaynaqlarda Kür çayı bəzən “Qoyunkeçidi” çayı şəklində də keçməkdədir. Həm Səfəvi, həm də osmanlı mənbələrində “Qoyun ölümü” keçidinin adına rast gəlinir…>>>>>

    Çar İmperiyası dövründə balıqşılıq Zərdab əhalisinin əsas məşğuliyyətlərindən biri idi. Müasir Zərdab rayonunun ərazisində fəaliyyət göstərən balıqçılıq vətəgələri üç məntəqəyə, Körpükənd (Məntəqə № 3, Ağcabədi – Zərdab), Zərdab (Məntəqə №4, Zərdab – Yuxarı Əlvənd) və Fətixanlı (Məntəqə №5, Yuxarı Əlvənd-Mollakənd) məntəqələrinə daxil edilmişdir.>>>>>

   Kür daşqınları hər il deyil, 5-8 ildən bir baş verirdi ki, bu zaman kəndlilər bir çox tələfatlar, fəsadlar ilə qarşılaşırdılar. Eyni zamanda illərlə susuz qalan torpaqlar da yararlı əkin sahələrinə çevrilirdi. Belə ki, mineral ilə zəngin olan Kür suları bu sahələrə axır və torpağın məhsuldarlığını artırıldı. Bəzən daşqınlar əkin sahələrinə ziyan vururdular. Odur ki, sakinlər suyun əkin sahələrinə yönəlməməsi üçün xəndəklər qazır və bəndlər tikirdilər.>>>>>

Müasir Zərdab rayonun qərbindəki kəndlərinin, Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin əraziləri Ərəş qəzasının tərkibinə daxil idi…>>>>>

Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы