Zerdab rayonu

Zərdab rayonu arxiv sənədlərində


  • Zərdab Polşa jurnalında
    «…Zərdab ilə üz-üzbəüz, Kürün dərinliyindən, kiçik ağaclarla, təzə ot və çiçəklər ilə örtülü bir ada yüksəlir. Bu ada  quru otlar ilə örtülü çılpaq çöllər təfəkküründən yorulmuş gözlər üçün əsl cənnət idi… Təəssüf ki, bu ada müəyyən vaxtlarda Kür sularının altında qalır.»

    Polşa yazıçısı Vladislav Strzelnitsky, «Rubon» jurnalı (XIX əsrin əvvəli)


    Karl Şulst 1861-ci ildə ailəsi ilə birlikdə Zərdab kəndində yaşayıb və Zərdab haqqında öz xatirələrini “Qafqaz” qəzetinin 58-ci və 66-cı saylarında çap etdirib. >>>>>

    Rus səyyahı Pyotr Yeqorov 1849-cu ildə Zərdab kəndinə səyahət etmiş və bir müddət kənddə yaşamışdır. Səyyah öz xatirələrində Zərdab haqqında yazmışdır. >>>>>

    Şamaxı xanları Ağası xan və oğlu Mustafa xan çətin məqamlarda Əlvənd kəndinə üz tutar, burada yaşayaraq Şirvanı idarə edərdilər. Qarasubasar mahalının mərkəzi olan Əlvənd kəndi Şirvan xanlarının qalası mövqeyində idi. Əlvənd bəyləri ilə qohum olan Şamaxı xanları onların bölgədəki nüfuzlarından da istifadə edirdilər…>>>>>

   Şamaxı quberniyasının Xançoban, Qarasubasar və Ağdaş mahallarında məskunlaşan kənd və obalar…>>>>>

  • Zərdab Osmanlı mənbələrində — Zərdab və Ərəş sancaqları
    Osmanlı mənbələri yazırlar ki, 1583-cü ildə tam olaraq Osmanlıların nəzarətinə keçən Şirvan bəylərbəyliyi 13 sancağa bölünmüşdür. Müasir Zərdab ərazisi Zərdab və Ərəş sancaqlarına daxil edilmişdir. Ərəş sancağının hakimi Kaytaş paşa, Zərdab sancağının hakimi isə Rumeli Zaimlərindən Mustafa təyin edilmişdir.

  • Zərdab Osmanlı mənbələrində — Şahsünlülər
    Azərbaycanın Qarabağ xanlığında yaşayan Şahsünlü tayfası XVIII əsrdə osmanlılara qarşı çıxmışdılar. Osmanlıların cəzalandırdıqları Şahsünlülər Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Şirvana köçmüşdülər və Şamaxı xanlığınının Xançoban mahalında, müasir Zərdab rayonu ərazisində məskən salmışdılar. Osmanlı dövləti Şahsünlü ailələrinin təqib edilməsi üçün Şirvan hakimlərinə hökm də göndərmişdir.

   Osmanlı dövlətinin “Mühimme” dəftərləri


    Osmanlı ordusu tərəfindən sıxışdırıran Səfəvi ordusu tab gətirməyərək Kür çayına doğru geri çəkilmişdilər. Əmir xanın oğlu Muğan hakimi Murad xanın rəhbərliyi ilə irəli göndərilən dəstə geri çəkilərkən keçidi tapa bilməmiş, Osmanlıların sıxışdırmaları səbəbindən çaya atılmışdılar…>>>>>

    XIX əsrin əvvəllərində Azərbaycanı işğal rus ordusunun generalları müntəzəm olaraq hesabatlar yazmışdılar. Bu hesabatlarda Zərdab, Əlvənd, Körpükənd və digər kəndlərin də adlarına rast gəlinir…>>>>>

    Azərbaycana səyahət edən rus tarixçilərinin müasir Zərdab kəndlərindən yazıları…>>>>>


   XIX əsr Qafqaz müharibələrindən bəhs olunan sənədlərdə Zərdabın və digər kəndlərimizin də adlarına rast gəlinir…>>>>>

    XIX-XX əsrlərdə Tiflis şəhərində çap edilən “Qafqaz” qəzetində müasir Zərdab kəndləri haqqında müntəzəm olaraq bilgilər dərc edilirdi…>>>>>

    Əvvəllər, eləcə də XIX — XX əsrlərdə Kür çayında balıq bol idi və Zərdabın təsərrüfat həyatında balıqçılıq üstünlük təşkil etmişdir…>>>>>

    Uzun illər Kür çayında su nəqliyyatı fəaliyyət göstərib. Zərdab, Əlvənd və Körpükənd limanları həm sərnişinləri, həm də yükləri qəbul edirdi…>>>>>

  • Zərdab xalçaları haqqında 
    Zərdab kəndində toxunan xalçalar Bakı quberniyasında ən yaxşı xalçalardan hesab olunurdu. Rus İmperiyasının “Qafqaz Təqvimi” (1898) toplusunda bildirilir ki, Bakı quberniyasında ən yaxşı xalçalar Göyçay qəzasının Qarayazı və Zərdab, Şamaxı qəzasının Mollakənd və Ərəb Qədim, Quba qəzasının İmam Qulukənd, Düşərgə (çox güman ki, Növdün kəndi) və Çiçi kəndlərində toxunardı. Alizarin boyaq maddələrindən istifadə olunması xalçaların maya dəyərinin aşağı düşməsinə səbəb olmuşdur.

Səhifələr:         2     3      növbəti


 


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы