Bala Dəkkə sakinləri əvvəllər Kür çayının indiki yatağında, Hacı Mahmudlu adlanan obada məskən salmışdılar. Daşqınlar səbəbindən sakinlər Böyük Dəkkə yaxınlığına köçüblər. Yaşayış məntəqəsini Böyük Dəkkədən fərqləndirmək üçün Bala Dəkkə adlandırıblar…>>>>>

     Bayat tayfasının Bayat-Məlik Umud obasında məskunlaşan ailələrin başçısı Məlik Umud bəy Şirvanın Xançoban mahalının naibi təyin edilmişdir. Oba XIX əsrin əvvəllərində Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər…>>>>>

    Bəzi mənbələrdə Boyat-Nəzir Hüseynbəy kimi də yazılan oba ailələri, Çallı kəndinin yaxınlığındakı ərazilərdə, Nəzirli nəslinə məxsus torpaqlarda yurd salmışdılar…>>>>>

  • Beşqızlar kəndi
    Müasir Qoruqbağı kəndinin içəri  hissəsi XIX əsrin sonlarında Beşqızlar adlanıb. 1886-cı ildə  kənddə 32 ev qeydə alınıb, 197 nəfər əhali yaşayıb.

  • Bərdic şəhəri                                                         
    Şəhər haqqında orta əsr ərəb mənbələrində bilgilər verilir. Azərbaycanın ticarət yolları haqqında məlumatlar verən ərəb coğrafiyaşünasları və səyyahları Bərdicin adını ölkənin kiçik, abad şəhərləri sırasında çəkirlər. 10-cu əsrdə Arranda olmuş ərəb səyyahları yazırdılar ki, Bərdədən çıxan yolçular Bərdicdə əylənir, sonra Kür çayını keçərək əl Bab, yəni Dərbənd şəhərinə gedirdilər…>>>>>

  • Birinci Ucarlı kəndi
    Ötən əsrin əvvəllərində Əlvənd kənd icmasına daxil edilən Birinci Ucarlı yaşayış məntəqəsi qəza mərkəzindən 75 verst məsafədə yerləşirdi. 1911-ci ildə Hacı Səmədli kənd icmasının qışlaq ərazisi olan Birinci Ucarlının 19 təsərrüfatında 107 nəfər əhali qeydə alınmışdır. Sənədlərə əsasən, 1921-ci ildə 19 evdən ibarət olan yaşayış məntəqəsi Kürdəmir inzibati ərazisinə daxil edilmişdir.

  • Birinci Xəlilli kəndi
    Ötən əsrin əvvəllərində Kürdəmir inzibati ərazisinin Əlvənd icmasına daxil edilən Birinci Xəlilli yaşayış məntəqəsində 1917-ci ildə 46 ev, 1921-ci ildə isə 37 ev qeydə alınmışdır.

  • Ebəyli kəndi
     Ötən əsrin əvvəllərində Əlvən icmasına daxil edilən Ebəyli yaşayış məntəqəsi İsmayıllı inzibati ərazisininin qışlaq torpaqları idi. 1921-ci ildə Ebəylidə 13 ev qeydə alınmışdır.

    Tədqiqatçılar “Gur-gur” toponiminin “Gər-gər” sözlərinin təhrif olunaraq yarandığını da bildirirlər. Mehman Əlvənd yazır: “Müasir Əlvənd kəndinin qonşuluğunda Gur-gur kəndi də öz tarixinə görə çox qədimdir. Əslində isə bu kəndin əsl adı Gər-gərdir. Tarixi mənbələrdə bu yer haqqında məlumatlar vardır. Qətran Təbrizi də bu yer barədə yazıb”…>>>>>

   Hacı Mahmudlu obası əvvəllər Kür çayının indiki yatağında məskən salmışdılar. Sonralar Kür çayının yatağı dəyişdirilib və çay obanın lap yaxınlığından axıb. Daşqınlar səbəbindən sakinlərin oba ərazisində yaşaması mümkün olmayıb və onlar təqribən 400-500 metr aralıda olan Böyük Dəkkə yaxınlığına köçüblər…>>>>>

    Kənddə meliorasiya işləri zamanı tapılan küp qəbirlərin, sikkələrin, məişət əşyalarının mühafizəsi və tədqiqində «Əmək Şöhrəti» ordenli, Respublikanın Baş müəllimi Cəlil Bəşirovun böyük əməyi olub. ASE-nin 6-cı cildində Zərdab arxeoloji məntəqə kimi göstərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi tapıntını qeydiyyata almısdır…>>>>>

    Sovet hakimiyyəti dövründə Zərdab rayonu ərazisində Xasa kəndi qeydə alınıb. Kənd ötən əsrin 60-cı illərinə qədər, qonşu Körpükənd ilə birlikdə Bıçaqçı kənd sovetliyinə daxil edilmişdir. Sənədlərə əsasən kənd, əsrin 70-ci illərində Körpükənd kənd sovetliyinin tərkibinə daxil idi. Sonrakı illərdə Xasa yaşayış məntəqəsi Körpükənd kəndi ilə birləşdirilmişdir…>>>>>

    XX əsrin ortalarına qədər müasir Zərdab ərazisində Xələc adlanan yaşayış məntəqəsi var idi. Ötən əsrin ortalarından etibarən kənd sakinləri tədricən Ucar rayonunun ərazisnə köçürülmüşdür. Əhalinin bir qismi Göyçay rayonuna gedərək orada yaşayıblar. Hazırda Çallı kəndinin yaxınlığında “Xələc yurdu” deyilən bir ərazi qalmaqdadır…>>>>>

  • Xəlilli İbrahimbəy obası
    Əlvənd icmasına daxil edilən Xəlilli İbrahimbəy kəndi qəza mərkəzindən 85 verst məsafədə yerləşib, 1880-cı ildə 30 təsərrüfatında 159 nəfər əhali, 1902-ci ildə 31 təsərrüfatında 173 nəfər əhali, 1911-ci ildə 31 təsərrüfatında 236 nəfər əhali qeydə alınmışdır.

  • Kirəşli kəndi
    1949-1950-ci illərdə Ermənistandan deportasiya edilmiş və Zərdab rayonuna göndərilən ailələrin bir qismi Əlvənd kəndi yaxınlığında məskunlaşmışdılar. 36 evdən ibarət olan kənd Kirəşli adlanırdı.

    Gəlmə kəndi bəzi tarixi sənədlərdə Böyük Gəlmə kəndi adlandırılmış, əvvəllər Zərdabın Lələağacı kəndinin şərqində, Kür çayının sahilində yerləşmişdir. Bir vaxtlar müxtəlif tayfaların nümayəndələrinin yaşadığı  Köhnə Gəlmənin yeri bu gün də “yurd yeri” adı ilə tanınır. Bu “yurd yeri”nin hətta qədim və orta əsrlərdə insan məskəni olması barədə məlumatlar var…>>>>>

    Müasir Zərdab rayonunun Dəli Quşçu kəndi 1920-ci ilə qədər Lələ Əhmədli kəndi (obası) adlanırdı.

  • Lələpaşa kəndi
    Rəvayətə görə bir vaxtlar Zərdab ərazisində Lələpaşa kəndi də olub.

  • Mehdilər kəndi
    Rayon mərkəzindən 20 kilometr cənub şərqdə, Şəftəhal kəndi yaxınlığında Mehdilər adlı yaşayış məskəni var. Mehdilər rəsmi olaraq Şəftəhal kəndinin ərazisidir. Araşdırmaçılar kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar. Avşar elinin mehdili adlanan tirəsi var. Ağcabədi rayonunun Muğanlı kəndində mehdili nəslinə mənsub ailələr yaşayırlar. Cəbrayıl, Bərdə, Kürdəmir rayonlarında Mehdili adlı kəndləri var.

  • Mirzəxanlı kəndi
    XIX əsrin əvvəllərində Zərdab ərazisində Mirzəxanlı adlı kəndi olduğu bildirilir. Mirzəxanlılar oğuzlardan olan qədim türk Kolanı tayfası içərisində qol və tirə adıdır. Nadir şah Əfşarın XVIII yüzilin 30-cu illərində Xorasandan Azərbaycana (Araz çayının şimal hissəsinə) köçürdüyü tayfalar içərisində kolanılar da olub. Bu tayfaya məxsus Mirzəxanlılar ailələri müxtəlif ərazilərdə, o cümlədən Zərdab ərazisində də məskunlaşıblar və əsasən heyvandarlıqla məşğul olublar. Sonralar məlum olmayan səbəblərə görə Zərdab ərazisindən köçüb gediblər.

  • Muğanlı kəndi
    1870-ci ildə tərtib edilmiş atlasda müasir Zərdab ərazisində, Kür çayı sahilində Muğanlı adlanan məntəqə qeyd olunub. Əslən Bıçaqçı kəndindən olan Qulu Zərdabi bilirir ki, Muğanlı Xasa yaşayış məntəqəsinin adı olub və sakinləri Gəncə və ətrafından köçüb gəliblər.
  • Müskürlü obası
     Yerli məlumatlara görə Məmmədqasımlı yaşayış məntəqəsi əvvəllər Müskürlü adlandırılmışdır. Müskürlü adına Həsən bəy Zərdabinin XIX əsrdə “Kaspi” qəzetində yazdığı məqalədə də rast gəlinir. Həsən bəy yazırdı ki, bu iki kəndin arasındakı “Dolanbaba” adlanan yerdəki taxıl sahəm yandırılanda, mənə xüsusi rəğbəti olan Müskürlü və Pərvanlı camaatı mən gələnə qədər yanğını söndürə bilmişdi.

    Müskürlü Kirli obasının ailələri Göyçay qəza mərkəzindən 50-60 verst məsafədə, Kür sahilində, Bərgüşad bölgəsində, indiki Zərdab rayonunun ərazisində yurd salmışdılar. XX əsrin əvvəllərində Azərbaycanın yaşayış məntəqələrinin siyahısında da Zərdab bölgəsinin Müskürlü Kirli obasının adına rast gəinir…>>>>>

  • Nəcəfalılı kəndi
    Qədim Quşçu tayfasının bir ailə sülaləsi olan Lələ Əhmədli oba ailələri Zərdabın Nəcəfalılı yaşayış məntəqəsində də daimi məskunlaşmışdılar. Əvvəllər Nəcəfalı Obası adlanan kənd ötən əsrin əvvəllərində Zərdab-Ucar şossenin kənarında yerləşmişdir. Kənddə 1917-ci ildə 16 ev, 1921-ci ildə isə 20 ev qeydə alınmışdır. 1933-cü ildə yaşayış məntəqəsinin 15 fərdi təsərrüfatında 66 nəfər (28 kişi, 38 qadın) əhali yaşayıb. XX əsrin ortalarında Nəcəfalılı kəndinin sakinləri indiki Qoşaoba ərazisinə köçürülmüşdür.

    Ötən əsrin 70-ci illərində Bakı Quberniyasının Göyçay qəzasının ərazisində məskunlaşan Nuru obası Şahsünlü kənd icmasına daxil edilmişdir. Oba müasir Zərdab rayonu ərazisində, qəza mərkəzindən 73 verst məsafədə yerləşib…>>>>>

  • Əlicanbəyli obası
    Əlicanbəyli müasir Zərdab rayonunun İkinci Əlicanlı kəndinin əvvəlki adıdır.

    Bakı quberniyasının Göyçay qəzasının tərkibində, müasir Zərdab rayonu ərazisində, indiki Alıcanlı (Əlicanlı) kəndlərinin yerləşdiyi  ərazilərdə İlxıçı Əlicanlı obası qeydə alınmışdır. İlxıçı Əlicanlı obası Şahsevən elinə, tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxsin yaxın ətrafı tərəfindən salınmışdır…>>>>>

  • Qarağaclı kəndi
    Qarağaclı toponimindəki «qara» sözü «böyük» mənasını daşıyır. Yaşayış məntəqəsi qarağac bitkisi ilə zəngin olan Qarağaclı adlı yerdə salındığı üçün belə adlandırılmışdır. Ötən əsrin əvvəllərində Əlvənd və Otmanoba kəndlərinin ərazisində yerləşən Qarağaclı sakinləri kəndi tərk edərək digər ərazilərə köçmüşdülər. XX əsrdə indiki Ağsu rayonu ərazisində, hazırda Kəndoba kəndi ilə birləşdirilmiş Qarağaclı kəndi olub. İllər boyu əhalinin Zərdabdan Ağsuya və ya əksinə köç etmələrini nəzərə alsaq, Zərdabın Qarağaclı kəndinin sakinlərinin də Ağsu ərazisinə köçmələrini ehtimal etmək olar. Tərtər, Sabirabad, Cəbrayıl, Cəlilabad, Qubadlı rayonlarında da Qarağaclı adl kəndlər var.

    1870-ci ildə Qaravəlli Ağaməmməd obası Zərdab rayonunun indiki Alıcanlı kəndlərinin yaxınlığında, Saqabdivap (bəzi mənbələrdə Səpənkova) adlanan qışlaq ərazilərdə məskən salmışdılar…>>>>>

  • Qaravəlli Xanlıq obası
    Müasir Zərdab rayonunun Qaravəlli kəndi ötən əsrin əvvəllərinə qədər Qaravəlli Xanlıq obası adlanırdı.

    Zərdab ərazisində yaşayan Qaravəlli obalarından biri olan Qaravəlli Tapdıq obası, 1870-ci ildə qəza mərkəzindən 55 verst məsafədə, Kür sahilində yurd salmışdır. Hazırda Lələağacı kəndi yaxınlığında Qaravəlli yurdu, qalası adlanan ərazi var. Qaravəlli Tapdıq obası sonralar Çallı kəndinə doğru yerini dəyişmiş və Xələc kənd icmasına daxil edilmışdir…>>>>>

  • Qətran qalası                                                               
    Həm Ağası xanın, həm də Mustafa xanın Əlvənddə məskən salmalarının bir səbəbi olmalı idi. Əlvənddə sığınacaq tapan Şamaxı xanları eyni zamanda düşmənlərindən də müdafiə olunmalı idilər. Onlar möhkəmləndirilmiş bir qalada sakin olmaqla, həm özlərinin, həm ətrafındakılarının müdafiəsini təşkil edə bilərdilər…>>>>>

  • Qutluq-Balıq şəhəri
    Taleh Əliyev XIII əsrdə, indiki Zərdab ərazisində, Qutluq-Balıq balıq adlanan qədim bir şəhərin də mövcud olduğunu yazır: “Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda (müəllif: və ya Delan Naur) olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göl ilə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”

  • Rəhmətli kəndi
    1869-cu ilə aid sənəddə Rəhmətli haqqında məlumata rast gəlinir. Sənəddə Nuxa qəzasında yerləşən Məlikli, Rəhmətli, Sileyli obalarının hapıtlara məxsus olduğu bildirilir. Dağıstan dilli əhali qrupuna daxil edilən hapıtların tarixi vətənləri Baş Qafqaz silsiləsinin şərq yamacları olub və bəzi mənbələrdə qrız-hapıtlılar kimi də qeyd olunurlar. Əslən Yuxarı Seyidlər və Bıçaqçı kəndlərindən olan Sarvan Kərimov və Qulu Zərdabi, hapıtların məskunlaşdığı Rəhmətli kəndinin bir zamanlar indiki Zərdab ərazisində yerləşdiyini bildirirlər. 1921-ci ildə Rəhmətli kəndində 16 ev qeydə alınmışdır. Həmyerlilərimiz bildikdiklərinə görə, 1935-1937-ci illərdə Rəhmətli kəndinin sakinləri Kür daşqınları səbəbindən Ağdaşın indiki Xınaxlı kəndinə və digər ərazilərə köçüblər.

  • Suffin şəhəri
    Suffin adlanan, böyük ticarət mərkəzi hesab edilən qədim şəhərin indiki Zərdab ərazisində, Yuxarı Seyidlər kəndinin yaxınlığında yerləşdiyi ehtimal olunur. Deyilənlərə görə, Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanıb.

  • Şahsoltanlı kəndi
    Qışlaq torpaqları olan olan Şahsoltanlı yaşayış məntəqəsi İsmayıllı inzibati ərazisinə daxil idi. 1921-ci ildə Şahsoltanlı 67 evdən ibarət olub.

  • Ülviyyən kəndi
    Nizami Gəncəvi poemalarından birində Atabəy Qızıl Arslanla görüşdüyünü və şahın ona Həmdünyan adlı kənd bağışladığını yazır. Mehman Əlvənd bildirir: “Qızıl Arslan məhz Qətran qalasında Nizami Gəncəvi ilə görüşüb və ona Həmdünyan kəndini bağışlayıb. Sonralar Həmdünyan kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb. 1930-cu illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq zorla Türkmənistana və başqa yerlərə köçürülüb. Bu qədim kənd Əlvənd kəndinin yaxınlığında, ipək yolunun üstündə yerləşərək böyük ticarət mərkəzinə çevrilmişdir.” Çar imperiyasına aid siyahıyalınma sənədlərində Həmdünyan və ya Ülviyyən kəndləri haqqında məlumat verilmir. Bu yaşayış məntəqəsinin Əlvənd icmasına daxil edildiyini və ya adının dəyişdirildiyini ehtimal etmək olar.

  • Vəlixanlı kəndi
    Qədim Quşçu tayfasının bir ailə sülaləsi olan Lələ Əhmədli oba ailələri Zərdabın Vəlixanlı yaşayış məntəqəsində də daimi məskunlaşmışdılar. Əvvəllər Lələ Əhmədli Vəlixanlı adlanan kənd, Zərdabdan 4,5 km məsafədə, Zərdab-Kürdəmir şossesinin kənarında yerləşirdi. Sonralar bu kənd indiki Qoşaoba kəndinin ərazisinə köçürülmüşdür. 1921-ci ildə Lələ Əhmədli Vəlixanlı kəndində 15 ev qeydə alınmışdır. Sənədlərə əsasən, 1933-cü ildə Vəlixanlı kəndinin 14 fərdi təsərrüfatında 112 nəfər (50 kişi, 62 qadın) əhali yaşayıb. Vəlixanlı Zərdab kəndi (qəsəbəsi, şəhəri), Qoşaoba və Təzəkənd kəndləri ilə birlikdə Zərdab kənd (qəsəbə, şəhər) sovetliyinin tərkibinə daxil edilmişdir. 1977-ci ildə Vəlixanlı və Qoşaoba kəndləri ləğv edilərək, Zərdab şəhərinə birləşdirilmişdir.

    Orta əsrlərdə müasir Zərdab ərazisində, Bıçaqçı kəndi yaxınlığında böyük və zəngin şəhər olub. Şəhəri Yarayız, Yarayıc və Yerağzı kimi adlandırılır…>>>>>

  • Yasər şəhəri
    Yasər adlanan şəhərin də indiki Zərdab ərazisində, Yuxarı Seyidlər kəndinin yerində mövcud olduğu güman edilir. Deyilənlərə görə, bu şəhər də böyük ticarət mərkəzlərindən biri olub və Suffin şəhəri ilə qonşuluqda yerləşib.

  • Yastıyol kəndi
    Yastıyol kəndi Kür çayının sahilində, çayın sağ və sol sahillərində yerləşmişdir. Kənd yerləşdiyi yerin coğrafi əlamətinə uyğun olaraq belə adlandırılmışdır. Artıq rəsmi olaraq bir kənd kimi mövcud olmayan bu kəndin Kürün sağ sahilindəki ərazisi Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ilə, sol sahildəki ərazi isə Zərdabın Sarıqaya və Qoruqbağı kəndləri ilə bir təsərrüfatda birləşdirilmişdir.

  • Yediyarlı kəndi
    Yaşayış məntəqəsi rayon mərkəzinin 2 kilometrliyində, Qarasu çayının sağ sahilində yerləşir, rəsmi olaraq Əlibəyli kənd ərazisidir. Kənd SSRİ dövründən Gəlmə, Əlibəyli, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Allahqulubağı kəndləri ilə bir yerdə “Karl Marks” adına kolxozun tərkibinə daxil idi. 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə inzibati ərazisində yerləşib. İslahatlardan sonra da Gəlmə kəndinin tərkibinə daxil edilib. 05 iyul 2000-ci il tarixdən etibarən Əlibəyli kəndinin ərazisidir. Kənd sakini Kərimov Elşən Kərim oğlu Qarabağ müharibəsində şəhid olub.


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы