Zerdab rayonu

A  B  C  Ç  D  E  Ə  F  G  H  X  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T  U  Ü  V  Y  Z


    Həsən bəy Zərdabiyə zadəganlıq, xalqına sevgi, maarifçilik gendən gəlib. Həm atası, həm də babaları yaşadıqları bölgənin nüfuzlu bəyləri olmuşdular, elmə, təhsilə önəm vermişdilər. Həsən bəyin babası Rəhim bəy Məlik Fətəli bəy oğlu XVIII əsrdə anadan olmuşdu. Şirvan bölgəsinin nüfuzlu bəylərindən biri idi, Rəhim bəy Zərdablı kimi də tanınırdı…>>>>>

  • Rəsulov Tofiq Məhəmməd oğlu
    Tofiq Rəsulov 1929-cu ildə Zərdabda anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra, 1953-cü ildə Zərdab Xəstəxanasında həkim-terapevt kimi əmək fəaliyyətinə başlayıb. 1960-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutuna aspirant qəbul olunub. Bir neçə səmərələşdirici təklifin müəllifidir. Rentgen aparatı ekranında yaratdığı əlavə qurğu Moskva Mərkəzi Elmi-Tədqiqat Rentgenologiya İnstitutunda ixtira kimi qiymətləndirilmişdir. 1968-ci ildə Daşkənddə dissertasiya müdafiə etmiş, tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Bir müddət Bakı şəhərində çalışıb. 1980-ci illərdən yenidən Zərdab Xəstəxanasında həkim işləyib, bölgənin ən yaxşı həkimlərindən biri kimi tanınıb. 1989-cu ildə «Əməkdar həkim» fəxri adına layiq görülüb. 2006-cı ildə Zərdabda vəfat etmişdir.


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы