Zerdab rayonu

A  B  C  Ç  D  E  Ə  F  G  H  X  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T  U  Ü  V  Y  Z


    Muğamı qoruyan, gələcək nəsillərə olduğu kimi çatdıran sənət fədailərindən biri də, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti «Musiqi və əyləncəli proqramlar» redaksiyasının böyük redaktoru, əməkdar incəsənət xadimi Çingiz Qurban oğlu Abbasovdur…>>>>>

    13-14 yaşı olanda Xan Şuşinski Mürşüdün ifa etdiyi muğamı çox bəyənib, onu Bakıya dəvət edib. Qulu Əsgərovdan ayrıca muğam dərsi aldıqdan sonra, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur…>>>>>

  • Abbasova Qənirə Yusif qızı
     1952-ci ildə Zərdab rayonunda  anadan olub. Karl Marks adına kolxozun üzvü idi. Zərdab rayonu 223 saylı Məlikli seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu ordenləri ilə təltif edilmişdir. 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub.

    Azərbaycanda yaşayan M.Yahyayevin şəxsi arxivindəki sənəddə alimin adı Abdulhəmid Hüseyn Əli əş-Şəfi əş-Şirvani əl-Əlvəndi kimi qeyd edilmişdir. Səudiyyə Ərəbistanının kitabxanasında isə əş-Şirvaninin özü tərəfindən şəxsən köçürüldüyü “Cəmul-Cəvami” əlyazması saxlanılmaqdadır…>>>>>

  • Abdullayev Abdul Abdulla oğlu
     Abdul Abdullayev 1953-cü ildə Zərdab rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Coğrafiya elmləri namizədidir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri olub.

    Adil Qüdrətoğlu 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm” mükafatı laureatıdır (2007-ci il),  2010-cu ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür…>>>>>

    1912-ci ildə Zərdab rayonunun Sarıqaya kəndində anadan olub. 1941-ci ildə orduya çağırılıb. Tibb xidmətinin kapitan rübtəsinə qədər yüksəlib…>>>>>

  Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu.” Şahidlər söyləyirlər ki, ermənilər intiqam almaq üçün Vüqarın nəşini güllələr ilə deşik-deşik etmişdilər.  >>>>>

  • Abdurrəhmanova Mətanət Əhəd qızı
     Mətanət Abdurrəhmanova 1961-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Səməd Vurğun adına kolxozun üzvü idi. 1984-cü il tarixdə XI çağırış (1984—1989) SSRİ Ali Sovetinin deputatı seçilmiş, III dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib. Zərdab rayonunun Məlikumudlu kəndində yaşayır.

    2013-cü ildə yazıçılıq fəaliyyətinə başlayıb, 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Kitabları Azərbaycanda, Türkiyədə, Avropada satılır və oxunur…>>>>>

    Əsl adı və soyadı Böyük bəy Məlikov olan akademik, 10 sentyabr 1928-ci il tarixdə müasir Zərdab rayonunun Əlvənd kəndində anadan olub. Atası bolşevik təqibindən, sürgündən qorunmaq məqsədi ilə onun ad-soyadını dəyişərək Böyükkişi Ağayev yazdırıb. 1934-cü ildə Sabirabad elektrik stansiyasında motorçu işləyən atasının işi ilə əlaqədar Sabirabada köçmüşdülər…>>>>>

    1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub…>>>>>

    Məhyəddin Allahverdiyev üç dəfə şəxsi, üç dəfə isə  komanda hesabı ilə Dünya Kubokunun sahibi (1983, 1984, 1987) olmuş, ilk azərbaycanlı güləşçi olaraq üçqat Dünya Çempionu adını qazanmışdı…>>>>>

    Həmid Alıyev  06 dekabr 1953-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub.  1975-1981-ci illərdə  Azərdaycan Dövlət Universitetinin (indiki BDU-nun) «Tarix» fakültəsində təhsil alıb…>>>>>


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы