Zerdab rayonu

A  B  C  Ç  D  E  Ə  F  G  H  X  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T  U  Ü  V  Y  Z


    20-21 sentyabr 1941-ci ildə düşmən atəşləri altında 40 nəfər yaralı əsgər və komandiri silahları ilə birlikdə döyüş meydanından çıxarıb və igidliyinə görə “Qırmızı Bayraq” ordeni ilə təltif olunub…17-24 aprel 1944-cü ildə, Krım döyüşlərində 35 nəfər zabit və əsgərə ilkin tibbi yardım göstərərək, onların həyatını xilas etmişdir. Döyüşlərdə göstərdiyi bu qəhrəmanlıqlara görə, 28 aprel 1944-cü il tarixdə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub…>>>>>

  • İbrahimov Maarif Əlövsət oğlu.
    Maarif İbrahimov 9 may 1945-ci ildə Zərdab şəhərində anadan olub. 1963-cü ildə Zərdab şəhər 1 saylı orta məktəbi bitirib, Azərbaycan Pedaqoji İnstitunun (ADPU-nin) filologiya fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra şəhər 2 saylı orta məktəbdə müəllim işləyib. Azərbaycan KP Zərdab rayon komitəsində şöbə müdiri, təlimatçı, 22 saylı Bakı şəhər texniki-peşə məktəbində direktor müavini vəzifələrində çalışıb. Respublikanın müxtəlif qəzetləri ilə əməkdaşlıq edir, oçerklər, məqalələr müəllifidir.  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, «Qızıl Qələm» mükafatı laureatıdır.

    Əmək fəaliyyətinə 4 saylı klinik xəstəxanasından başlayan Azadə xanım, 1977-1991-ci illərdə terapiya şöbəsində həkim-ordinator işləmişdir. 1992-ci ildə xəstəxananın terapiya şöbəsinə müdiri təyin olunmuşdur…>>>>>

    İsa İsayev 15 aprel 1950-ci il tarixdə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmiş, 1972-1974-cü illərdə  Ordu sıralarında həkim kimi çalışmışdır…>>>>>

  • İsayev Məbud Süleyman oğlu.
     Onkoloq, tibb elmləri namizədi Məbud İsayev 1930-cu ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1949-1955-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda (AzTU-də) təhsil alıb. Bir müddət Zərdab rayon xəstəxanasında həkim işləyib. 1961-ci ildə aspiranturaya (Kiyev şəhəri) qəbul olunub. 1965-ci ildə Azərbaycana qayıdıb, Onkologiya və Radiologiya İnstitutunda, 1968-ci ildən isə Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb. 1975-ci ildə Əlcəzair Respublikasına göndərilib və 1980-cı ilə qədər həmin ölkədə işləyib. 1997-ci ildə vəfat edib.

  • İsayev Üzeyir Süleyman oğlu
     Üzeyir İsayev 1914-cü ildə Zərdab rayonu Məlikli kəndində anadan olub. İxtisası həkim idi, tibb xidmətləri podpolkovniki rütbəsinə yüksəlmişdir. «Qırmızı Ulduz» ordeni  ilə, «Döyüş xidmətlərinə görə» və digər medallar ilə təltif edilmişdir.

  • İsmayılov İsmayıl Əli oğlu
    Əli İsmayılov 1915-ci ildə Zərdab şəhərində (kəndində) anadan olub. II Dünya müharibəsi iştirakçısı olub. Tibb xidmətləri qvardiya leytenantı rütbəsinə yüksəlmişdir. «Qırmızı Ulduz» , «I Dərəcəli Vətən Müharibəsi» ordenləri və medallar ilə təltif edilmişdir.

    Respublikada ilk teatrlaşdırılmış kütləvi bayramların da əsasını qoyub. Belə ki, 1967-cı ildə ilk dəfə rəsmi keçirilən Novruz bayramının, 70-ci illərin məhsul bayramlarının, 1982-ci ilfə Şuşada Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejissoru Məbud İsmayılzadə olub…>>>>>


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы