Zerdab rayonu

A  B  C  Ç  D  E  Ə  F  G  H  X  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T  U  Ü  V  Y  Z


  • Eminov Yamən Məhəmməd oğlu
     Yamən Eminov 27 dekabr 1967-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Körpükənd kənd orta məktəbində, Bakı şəhərindəki 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb. 1984-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində) təhsil alıb. 1985-87-ci illərdə hərbi xidmətdə olmuşdur. 1992-1993-cü illərdə Bakı şəhərindəki Xüsusiləşdirilmiş Təmir İdarəsinin şöbə rəisi vəzifəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş laborant vəzifəsinə, 2000-ci ildə isə baş müəllim vəzifəsinə təyin edilmişdir. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmləri namizədi alimlik dərəcəsini almışdır. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, İnşaat fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifələrində çalışır. 8 elmi məqalənin, bir metodiki göstəricinin və bir kitabın müəllifidir.

    Hərbi sənədlərdə 1923-cü ildə anadan olması göstərilib.Orta məktəbi bitirdikdən sonra, 16 yaşı tamam olmamış, hərbi səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılıb və etiraz etmədən cəbhəyə yollanıb. 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak edib…>>>>>


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы