Ağabağı kəndinin salındığı bağ ərazisi Ağa adında bir şəxsə məxsus olmuşdur. Bağ sahibinin adına müvafiq olaraq yaşayış məskəni Ağabağı adlandırılmışdır, mənası «Ağaya məxsus bağ» deməkdir. Bir çox mənbələr bağ sahibinin adının Ağalı bəy olduğunu bildirir… >>>>>
    1917 və 1921-ci illərdə Göyçay qəzasının Bərgüşad bölgəsinin Zərdab icmasında Birinci və İkinci Allahqulubulağı adı ilə iki yaşayış məntəqəsi qeydə alınıb. I Allahqulubağı 1917-ci ildə 51 evdən, 1921-ci ildə isə 61 evdən ibarət olmuşdur.  II Allahqulubağıda 1921-ci ildə 69 ev qeydə alınmışdır...>>>>>
   Kəndin əvvəlki adı Seyidlər olub və 06 may 1997-ci ildən dəyişdirilərək Aşağı Seyidlər adlandırılmışdır. Yerli məlumatlara əsasən, seyidlilər buraya Kürün qarşı sahilindən, İmişlinin Məmmədli kəndindən ayrılıb gəlmişdilər… >>>>>
    Kənd 1824-cü ildə Pıçaxçı, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə Bıçaxçı variantlarında qeydə alınmışdır. Yaşayış məntəqəsi qıpçaqların “ağ qıpçaq” qrupuna daxil olan pıçaqçıların (pıçaxçıların) şərəfinə belə adlandırılmış və sonralar təhrif edilmiş, Bıçaqçı kimi səsləndirilmişdir… >>>>>
    «Birinci» komponenti eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur. Yaşayış məntəqəsi Ağsu rayonunun indiki İlxıçı yaşayış məntəqəsindən çıxan ailələr tərəfindən salınıb və əvvəllər İlxıçı-Əlicanlı, Əlicanlı Birinci-İlxıçı adı ilə də qeydə alınıb…>>>>>
   Böyük Dəkkə “böyük oba” mənasındadır. Böyük olduğuna və digər eyniadlı yaşayış məntəqələrindən, Kiçik Dəkkə (Dəkkəoba) və Bala Dəkkədən fərqləndirmək üçün belə adlandırılmışdır. Obanın XIX əsrdə Hacıəsədli nəslinə mənsub ailələr tərəfindən salındığı bildirilir…>>>>>
   Kənd XIX əsrdə müskürlü icmasına mənsub ailələr tərəfindən salındığına görə Burunlu Müskürlüsü də adlandırılmışdır….>>>>>
    Cülovxanlı yaşayış məntəqəsinə kənd statusu ötən əsrin 60-cı illərində verilmişdir. 1977-ci ildə Çallı kənd sovetliyinin tərkibində yerləşən kənd, sonrakı illərdə Əlicanlı (Alıcanlı) inzibati ərazisinə daxil edilmişdir...>>>>>
    Kəndin adı 26 alban tayfasından biri olan türkdilli çullar (çol-çal) ilə bağlıdır. Çul tayfası Qafqaz Albaniyasının şimal-şərqində yaşamış və öz varlığını Çallı kəndinin adında da saxlamışdır. Professor H.Mirzəyev müxtəlif elmi faktlara istinadla “çul” sözünün qədim türk tayfasının adı olduğunu təsdiqləyir...>>>>>
    Lələ Əhmədli Dəkkəoba adlanan kənddə 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev qeydə alınmışdır. Azərbaycanda Sovet hakimiyyəti quruldduqdan sonra, Dəkkəoba Göyçay qəzasının Zərdab bölgəsinin, Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun kəndi oldu…>>>>>
   Müasir Dəli Quşçu kəndi XX əsrin 20-ci illərinə qədər Lələ Əhmədli adlandırılmışdır. Deyilənlərə görə, dövrünün ən nüfuzlu şəxslərindən biri olan Lələ Əhməd XVI əsrdə yaşamışdır…>>>>>
    Kəndin adı şəxs adı ilə bağlıdır, əsil adı Abbas Əlibəylidir. Bəzi sənədlərdə Abbasəlibəyli kimi də yazılıb. Yaşayış məskəni Əlibəyli nəslinin adı ilə belə adlandırılmışdır. Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılıb…>>>>>
    Bəzi tətqiqatçılar Alban şəhərini Zərdabın indiki Əlvənd (Alvand, Alvan) kəndi ilə eyniləşdirirlər… Əlvənd bir müddət Şamaxı xanlığının mərkəzi olmuşdu və Ağası xan, Mustafa xan, Şirvan elitası Qətran qalasında mövqe tutaraq xanlığı idarə etmişdilər…>>>>>
   Adının mənası  “gəlmələr”, “digər yerlərdən gələnlər” mənasında olan yaşayış məntəqəsi Zərdab Gəlmə və Gəlməkənd də adlandırılmışdır… 1886-cı ildə Zərdab-Gəlmə adlanan kənd Göyçay qəzasının ən iri yaşayış məntəqələrindən biri idi…>>>>>
   Yaşayış məntəqəsi  Zərdab kəndindən çıxmış ailələr tərəfindən Gülərli bağı adlanan bağ sahəsində salınıb. Hazırda Gülərli bağının ancaq adı qalıb… Kənd sakini Abdul Qasımovun bildirdiyinə görə, yaşayış məntəqəsinin adı “gəndə, bir qədər kənarda bulunan yer” mənasındadır…>>>>>
    Bərgüşad bölgəsinin Zərdab icmasına daxil edilən Müskürlü-Gödəkqobu kəndində 1917-ci ildə 51 ev, 1921-ci ildə 45 ev qeydə alınmışdır. 1933-cü ildə kəndin 51 təsərrüfatında 291 nəfər əhali yaşadığı bildirilir…>>>>>
    Kəndin ilk sakini Hüseynxan, onun ailəsi, xidmətçiləri olublar və bu səbəbdən yaşayış məntəqəsi Hüseynxanlı adlandırılmışdır. Hüseynxan məşhur Lələ Əhmədin nəslindəndir…>>>>>
    Xanməmmədli kəndi rayon mərkəzindən 7 kilometr şimal-qərbdə, Qarasu (Türyançay) çayının sahilində yerləşir… Keçən əsrin ikinci yarısında kollektorlar qazılarkən kənd ərazisində 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdu. F.Osmanov bu qəbri e.ə. II — I əsrlərə aid etmişdir…>>>>>
    1870-ci ildə II Əlicanlı obası Göyçay qəza mərkəzindən 45 verst məsafədə, Xələc və Çallı kəndlərinin yaxınlığında məskən salmışdır. Obanın 30 təsərrüfatında 93 nəfər kişi, 62 nəfər qadın olmaqla, cəmi 155 nəfər əhali qeydə alınmışdır…>>>>>
   Sovet hakimiyyəti dövründə və eləcə də müstəqillik dövründə rayonun ən böyük inzibati mərkəzlərindən biri olan İsaqbağı kəndi, hazırda da rayonun ən iri kəndlərindən biridir…>>>>>
    Körpükənd Azərbaycanın ən qədim kəndlərindən biridir… XX əsrin əvvəllərində Körpükənd Kotavan kənd icmasının tərkibinə daxil edilmişdir. Kənddə 1917-ci ildə 80 ev, 1921-ci idə isə 166 ev qeydə alınmışdır…>>>>>
    Zərdab ərazisində məskunlaşan Qaravəlli Xanlıq obası hazırda Qaravəlli adlanır. XIX əsrdə Şirvan xanı Mustafa xanın oğlu Cavad xana məxsus məntəqələr “Xanlıq” adlandırılmışdır. Lələ Əhmədli kənd icmasına daxil edilən Qaravəlli Xanlıq obası XIX əsrin sonlarında qəza mərkəzindən 65 verst məsafədə, müasir Zərdab ərazisində məskən salmışdır…>>>>>
    Həm XIX əsr, həm də XX əsrin əvvəllərinə aid sənədlərdə kəndin adı Qovruqbağı kimi yazılmışdır. Həsən bəy Zərdabi XIX əsrdə yazdığı məktublarında və məqalələrində də  yaşayış məntəqəsini Qovruqbağı adlandırmışdır. Azərbaycanın yaşayış məntəqələrinin 1917 və 1921-ci illərə aid siyahısında da kənd Qovruqbağı kimi qeyd olunmuşdur…>>>>>
    Keçən əsrin 60-cı illərinin sonlarında Qoşaobanın kənd statusu ləğv edilib və Zərdab şəhəri ilə birləşdirilmişdir. Uzun müddət şəhərin bir məhəlləsi hesab olunan yaşayış məntəqəsinə, 1999-cu ildə yenidən kənd statusu verilib….>>>>>
    Kəndin adı Lələ adlı şəxslə bağlıdır, yəni Lələnin ağacı. Lələ sözü keçmişdə birinci variantda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilmişdir…>>>>>
    Azərbaycanın yaşayış məntəqələrinin siyahısında Zərdab bölgəsinin Müskürlü Kirli obasının adına rast gəinir. Böyük ehtimal ilə Müskürlü Kirli obası sonradan Məlikli kəndi adlandırılmışdır…>>>>>
   Bayat-Məlik Umud türk boylarından biri olan Bayat tayfası ailələrinin yaşadığı bir obadır, bəzi mənbələrdə Boyat-Məlik Umud adlandırılmışdır. Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb…>>>>>
    Məmmədqasımlı kəndi vaxtı ilə Kür sahilində salınıb və Müskürlü adlandırılıb. Sonralar çay öz yatağını dəyişib, yerində axmaz qalıb və nəticədə kənd Kür çayından 2 kilometr uzaq düşüb. Sonralar Müskürlü kəndi bir müddət  Müskürlü Məmmədqasımlı, Məmmədqasımlı Müskürlü kimi də tanınmış və nəhayət Məmmədqasımlı adlandırılmışdır…>>>>>
    Çar Rusiyasının 1870-ci il atlasında müasir Zərdab ərazisində Zərdab, Körpükənd, Əlvənd və sairə kəndlər ilə yanaşı, indi yerləşdiyi ərazidə Nəzəralı adlanan yaşayış məntəqəsi qeyd olunub. O dövrdə yaşayış məntəqəsinin formallaşıb atlas və xəritələrə düşməsi üçün ən azı 20-30 vaxt tələb olunurdu. Deməli insanlar hələ XIX əsrin əvvəllərində Nəzəralılı adlanan yaşayış məntəqəsində yaşayırdılar…>>>>>
    Otmanoba yaşayış məntəqəsinin 2 əsrə yaxın yaşı olduğu ehtimal olunur. Göyçay qəzasına aid rus arxiv sənədlərində Əlvənd kənd icmasınn Osmanalı adlanan yaşayış məntəqəsinin adı çəkilir. Sənədlərə əsasən XIX əsrin sonlarında kəndin 67 təsərrüfatında 310 ailə, XX əsrin əvvəllərində isə 102 təsərrüfatında 811 nəfər yaşayıb…>>>>>
    Deyilənlərə görə kəndin ilk sakinləri pərvanlı adlanan nəslin nümayəndələri olub və kəndin adı bu nəslin adından götürülüb. Yaşayış məntəqəsinə Ağsu və Kürdəmir ryonunundan köçüb gələnlər də olub…>>>>>
    Salahlı kəndinin ərazisi qədim insan məskəni olub. Müxtəlif illərdə Salahlı və Xanməmmədli kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır…>>>>>
    Yaşayış məntəqəsinin ərazisi qədim insan məskəni olub. Taleh Əliyev Sarıqaya ərazisində ilk orta əsrlərdə əkinçiliklə məşğul olan albanların yaşadığını bildirir. Taleh bəy həmçinin XII əsr tarixçilərinə istinad edərək yazır ki, Mərvan ibn Məhəmməd Xəzərlər ölkəsindən 40 min əhali gətirərək Samur və Şəbəran çayları arasında, Ləkz vilayətində yerləşən düzənlikdə məskunlaşdırıb…>>>>>
    Yaşayış məntəqəsi əvvəllər Sileyli adlandırılmışdır.  1869-cu ilə aid sənəddə Siləyli (Sileyli) haqqında məlumata rast gəlinir. Sənəddə Nuxa qəzasında yerləşən Məlikli, Rəhmətli, Sileyli obalarının hapıtlara məxsus olduğu bildirilir…>>>>>
    Azərbaycan XVIII əsrdə Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində olduğu vaxtlar, Şahsünlü tayfası Osmanlı dövlətinə qarşı çıxmışdı. Şahsünlülər Şirvana da gəlmiş, Azərbaycanda feodal dövləti olan Şamaxı xanlığınının Xançoban mahalında (indiki Zərdab rayonu ərazisində) məskən salmışdılar…>>>>>
    Kəndin adı Azərbaycanda ən nadir yer, məkan adlarından biridir, mənası tam dəqiqləşdiriilməyib. El arasında bu kənd Şəftəxal da adlanır. Kəndin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur…>>>>>
    Kəndin tarixi haqqında dəqiq məlumat yoxdur. Yaşlı nəslin nümayəndələrinin bildirdiklərinə görə, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir. Arxiv sənədlərində XIX əsrin ortalarında Şıxbağı kəndinin yerləşdiyi ərazidə, Kür sahilində Mirzəbağı adlanan məntəqənin olduğu bildirilir…>>>>>
    Hazırki Təzəkənd ərazisi XIX əsrdə, XX əsrin əvvəllərində  Zərdab kənd icmasının tərkibinə daxil idi. Təsərrüfat işləri zamanı tapılan mis sikkələrə, məişət əşyalarına görə bu ərazinin qədim insan məskənləri olması bildirilir…>>>>>
    Yaşayış məntəqəsi Kür sahili ərazilərindəki çökəkliklərdə salınıb. Yaşayış məntəqəsinin adı “Yarməmmədin bağı” mənasını verir. Yarməmməd Əli oğlu Zərdabın tanınmış, varlı şəxslərindən biri olub…>>>>>
    Yuxarı Seyidlər kəndi Çar Rusiyasının 1871-ci il atlasında Seyidlər kəndi kimi göstərilib. Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov 1873-cü ildə yaşayış məntəqəsinin 30 təsərrüfatında 93 nəfər əhalinin yaşadığını yazır….>>>>>


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы