Əsas səhifə

Ağalarova Əzimə Xaspolad qızı        Без названия

   Əzimə Ağalarova 18 mart 1959-cu il tarixdə Zərdab şəhərində anadan olub. 1975-cı ildə şəhər 2 saylı şəhər orta məktəbini bitirib. 1976-1981-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (İngilis-Fransız dilləri fakültəsində) təhsil alıb.

Azimə_Aqalarova

   1984-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işə qəbul olunub. 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçüb. Altı dil bilən Əzimə xanım Almaniyada müxtəlif sahələrdə tərcüməçi işləyib.
   2013-cü ildə yazıçılıq fəaliyyətinə başlayıb, 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Kitabları Azərbaycanda, Türkiyədə, Avropada satılır və oxunur.
   2015-ci ildə “Bakıdan Qahirəyə və Stokholma uzanan yol”  romanı ingilis dilində «A long trip from Baku to Cairo and Stokholm» adı ilə nüfuzlu “Magnus Boktryckarna” nəşriyyatı tərəfindən çap olunub.  Avropanın 5 ölkəsində internet-satışa verilən kitab, 2016-cı ildə Azərbaycanda da doğma dilimizdə nəşr edilib. Əsər isveç dilinə də təcümə olunub  və İsveçdə yayımlanıb.
   2016-cı ildə İstanbulda, Mərmərə Universitetində anadolu türkcəsi ilə “Yıpranmış hayellerin peşinde” romanının (tərcüməşi Mətin Yıldırım) təqdimatı keçirilib.
   “Gecələrdə gizli qaldim”, “Təyyarə qanadinda uçan ruh” kitabları da Azərbaycanda çap edilib və oxuculara təqdim olunub. Əzimə xanımın “Ağlayan Duvar” romanı Türkiyədə anadolu türkcəsi ilə yayımlanır. «Bir qadının anatomisi» əsərinin də müəllifidir.
   Əzimə xanımın 1 oğlu, 3 nəvəsi var.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы