Zerdab rayonu

Zərdab rayonu arxiv sənədlərində


  • Zərdab “Qafqaz” qəzetində. Taxılçılıq, baramaçılıq. XIX əsr.
    Zərdab və Əlvənd kəndlərində taxıl əkini əsasən Kür daşqınlarında əvvəl başlayardı. Toxum sahələrə səpilər və daşqın zamanı Kür yatağından qalxan su bu sahələri daxil olardı. Zərdabda su daşqını, suyun yatağından çıxması nadir hallarda, Əlvənd kəndində isə tez-tez baş verərdi. Bu kəndlərdə ipəkçilikdə inkişaf etmişdir. Kəndlilər 3 batmana qədər barama toplayardılar. Ən yaxşı yarpaq Zərdab kəndində olardı. Kürün aşağı hissələrində tez-tez daşqın olduğuna və torpaq Kür suyu altında qaldığı üçün tut ağacları zəif inkişaf edərdi.

     «Qafqaz» qəzeti № 57,  1850-ci il


  • Zərdab “Qafqaz” qəzetində. Zərdab mağazası. XIX-X əsrlər.
    Bölgənin ən böyük mağaza və dövlət anbarı  Zərdabda yerləşirdi. Bu mağaza gömrük, keçid statusuna malik idi. Kür çayı vasitəsilə gələn ərzaq, geyim və digər təsərrüfat malları bu anbarda toplanardı. Yerli əhalinin tələbatını ödəməklə yanaşı, bu mağaza və anbarından digər bölgələrə, qəza və quberniyalara ərzaq və digər geyim və təsərrüfat malları göndərilirdi. Zərdab mağazası və anbar hərbi hissələrin də tələbatını ödəyərdi.

   «Qafqaz» qəzeti, XIX-X əsrlər.


  • Zərdab “Qafqaz” qəzetində. Zərdab mağazası üçün kazarma tikintisi. XIX əsr.
    1868-ci ildə  qəza idarəsində şifahi və yazılı olaraq,  Zərdab kənd ərzaq (baqqal) kömrük mağazasının aşağı çinli qulluqçuları üçün kazarma tikilməsi haqqında hərrac elanı verilmişdir.  Hərracın  27 may 1868-ci ildə  tarixdə keçirilməsi nəzərdə tutulmuş və möhürlənmiş sənədlər mayın 27-si saat 11-ə qədər qəbul edilmişdir.  Müqavilənin dəyəri 1,048 rubl 31 qəpik müəyyən edilmiş, girov üçün müqavilə dəyərinin beşdə biri tələb olunurdu. Hərracda iştirak etmək istəyənlərin ticarət üçün icazə sənədi olmalı idi. Bəylərdən bu sənəd tələb olunmurdu, amma aristokrat olduqları haqqında sənədi təqdim etməli idilər.

   «Qafqaz» qəzeti, № 50, 1868-ci il


  • “Qafqaz” qəzeti Həsən bəy Zərdabi haqqında
    1889-cu bölgədə Həsən bəy Zərdabinin rəhbərlik etdiliyi sexlərdə yun kilimlər və ipək cicimlər kiçik gümüş medala layiq görünüb. Həsən bəyin hazırladığı yüksək keyfiyyətli arpa və buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala təqdim olunub.

   «Qafqaz» qəzeti, № 304, 1889-cu il


  • Zərdab “Qafqaz” qəzetində. Kür daşqını. XIX əsr.
    1868-ci ilin yazında Göyçay qəzasında daşqın nəticəsində Kür suları yatağından çıxmış və 5 verstdən çox məsafədə yerləşən ərazilər su altında qalmışdır. Çəyirtkələrin hücumundan sahillərdə qalan taxıl və bostan məhsulları tamamilə məhv olmuşdur. İki böyük sahil kəndi Əlvənd və Zərdab arasında əlaqə bir-neçə gün əlaqə kəsilmişdir.

   «Qafqaz» qəzeti, № 76, 1868-ci il


  • Əlvənd şalı
    XIX əsrdə Azərbaycanda şal istehsalı xüsusilə Qazax, Naxçıvan, Zəngəzur, Şuşa, Quba, Şamaxı, Göyçay qəzaları və Zaqatala dairəsində geniş yayılmışdı… Şirvanın Kürboyu kəndlərində şal, adətən, keçi sap qatışığı ilə toxunurdu. Şalın bu növünün istehsal mərkəzləri arasında Əlvənd kəndi məşhur idi. Ona görə də o, çox vaxt «Əlvənd şalı» adlanırdı. (“Azərbaycan Etnoqrafiyası”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu). Mehman Əlvənd yazır ki, Fransız tədqiqatçılarının 19-cu əsrin 90-cı illərində N.Gəncəvinin qəbrindən tapdıqları şal, məhz Əlvəndə aiddir. Bakıda, muzeydə saxlanılır.

    Kür çayında qanunsuz hesab olunan balıq ovuna görə məhkəmə qərarları…>>>>>

   1870-ci ildə Göyçay qəzasında rəsmi olaraq qeydə alınmış kənd və obalar. Müasir Zərdabın ərazisində yerləşən kənd və obalar qırmızı rənglə göstərilmişdir…>>>>>

   1886-cı ildə müasir Zərdab ərazisində rəsmi olaraq qeydə alınmış kənd və obalar…>>>>>

   1886-cı ildə əhalinin ümumi siyahıya alınması ilə yanaşı, kənd təsərrüfatının da siyahıya alınması aparılmışdır. Bu siyahıya alınma sənədlərinə görə, Baxşı Qışlaq kəndi ilə birlikdə Şamaxı qəzasının Əlvənd icmasına daxil edilən Əlvənddə kənd təsərrüfatı ilə məşğul olan 1710 nəfər əhali (hərbçilər, dövlət qulluqçuları və s. istisna olmaqla) və 309 ev qeydə alınmışdır... >>>>>

    Müasir Zərdabın qərbində yerləşən Körpükənd və Bıçaxçı (Bıçaqçı) kəndləri qəza mərkəzindən 57 verst, pristav idarəsindən 47 verst məsafədə yerləşən Körpükənd icmasına, Seyidlər (Yuxarı Seyidlər) kəndi isə qəza mərkəzindən 36 verst, pristav idarəsindən 23 verst məsafədə yerləşən Kotavan kənd icması daxil edilmişdir…>>>>>

    Göyçay qəzasında 1921-ci ildə rəsmi olaraq qeydiyyata alınmış yaşayış məntəqələri…>>>>>

    1921-ci ildə müasir Zərdab rayonunun ərazisində rəsmi olaraq qeydiyyata alınmış yaşayış məntəqələri…>>>>>

    01 yanvar 1961-ci il tarixə Zərdab rayonunda rəsmi olaraq qeydiyyata alınan yaşayış məntəqələri…>>>>>

    01 yanvar 1977-ci il tarixə Zərdab rayonunda rəsmi olaraq qeydiyyata alınan yaşayış məntəqələri (1 şəhər (Zərdab, 1968), 1 qəsəbə  (Bəyimli, 1968)…>>>>>

   Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Kominist bolşeviklər Partiyası Mərkəzi Komitəsinin 10 yanvar 1950-ci il tarixli 26 nöməli qərarına əsasən Ermənistandan qovulan 100 təsərrüfat Zərdab rayonuda yerləşdirilməli, onlar üçün həyatyanı sahə ayrılmalı, lazimi şərait yaradılmalı idi…>>>>>

Səhifələr:     əvvəlki     1     2     3     növbəti


 


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы