Əsas səhifə

XX əsrin əvvəllərində Zərdabda gəmiçilik

   Uzun illər Kür çayında su nəqliyyatı fəaliyyət göstərib. Zərdab, Əlvənd və Körpükənd limanları həm sərnişinləri, həm də yükləri qəbul edirdi. Sənədlərdə XX əsrin əvvəllərində təxminən 1500 nəfər əhalisi olan Zərdab kəndinin yaxınlığından, Kür sularından ildə 1000 böyük gəmi, 2000 minə yaxın kişik qayıqlar üzüb keçməsi haqqında məlumat verilir.
   XX əsrin əvvəllərində Bakıdan Kür sahili boyu məntəqələrə sərnişinləri və yükləri “Qafqaz və Merkuri”, “Şərq” cəmiyyətinin nəqliyyatları daşıyırdılar. Qiymətlər və qaydalar qabaqcadan təsdiq olunurdu. Kürün sularında üzən “Müfəttiş” («Ревизор») adlanan kater isə balıqçılığın idarə olunmasına nəzarət edərmiş.

Gemiçilik

   Rus zabit və əsgərləri Əlvəndə 10,00 rubla (II dərəcə) və 5,00 rubla (III dərəcə), Zərdaba 11,00 rubla (II dərəcə) və 5,50 rubla (III dərəcə), Yarməmmədbağı və Körpükəndə isə 12,25 rubla (II dərəcə) və 6,15 rubla (III dərəcə) ödəməklə gəlib-gedərdilər. Əlvənd və Zərdab arasındakı qiymət 2,50 və 1,25 rubl, Zərdab və Körpükənd arasında isə 3,00  və 1,50 rubl idi. 60 puda qədər olan və adi hərbi yüklər Bakıdan Əlvəndə 95 rubla, Zərdaba 100 rubla, Yarməmmədbağı və Körpükəndə isə 110 rubla daşınardı. Bəzi hərbi yüklərin daşınma qiyməti isə 2 dəfə, bağlanmış ot və samanların daşınma qiyməti isə 1,5 dəfə baha idi. Bağlanmamış ot və samanların daşınma qiymətini tərəflər öz aralarında razılaşırdılar.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы