Əsas səhifə

XIX-XX əsrlərdə Zərdab “Qafqaz” qəzetində

    XIX-XX əsrlərdə Tiflis şəhərində çap edilən “Qafqaz” qəzetində müasir Zərdab kəndləri haqqında müntəzəm olaraq bilgilər dərc edilirdi.
  22 iyul 1850-ci il. Şamaxı qəzasının Zərdab və Əlvənd kəndində taxılın necə əkilməsi haqqında yazı dərc edilmişdir.
  24 iyul 1851-ci il. Qafqaz Qubernatorunun tapşırığı ilə 1846-cı ildə Kür çayının naviqasiya üçün yararlığı araşdırılmışdır. Dərc edilən yazıda kapitan-leytenant Zelenarın rəhbərliyi ilə “Volqa” gəmisinin Mingəçevirdən və Salyandan Zərdab kəndinə qədər üzməsi və xəritə hazırlaması barədə də məlumat verilir.
  27 iyul, 24 avqust 1861-ci il. Kənddə yaşayan Karl Şulstun Zərdab kəndi haqqında yazıları dərc edilmişdir.
  02 iyul 1871-ci il. Bölgənin yeganə mağazası olan Zərdab mağazası haqqında, bu mağazadan ətraf qəzalara göndərilən yüklər barədə yazı və elanlar dərc edilmişdir.
  17 oktyabr 1875-ci il. Zərdab-Təbriz yolunun layihəsi haqqında və bu yolun Təbrizə gedən digər yollardan daha qısa və daha əlverişli olacağı barədə geniş yazı (müəllif  Y.P.Proçenko) dərc edilmişdir.
  29 iyun 1880-ci il. Zərdab və Körpükənd balıq vətəgələri haqqında məlumat dərc edilmişdir.
  28 iyun 1881-ci il. 1861-ci ildə Xəzər dənizində baş verən zəlzələ və bu zəlzələdən sonra Zərdab kəndi yaxınlığında yerləşən Gözəl-Çuxur-Axmaz limanının suyunun azalması, çəkilməsi barədə yazı dərc edilmişdir.
  13 sentyabr 1881-ci il. Zərdab yaxınlığında çox əhəmiyyətli limanların olması haqqında məlumat verilir.
  05 fevral 1885-ci il. Zərdab və Körpükənd balıq vətəgələri haqqında məlumat dərc edilmişdir.
  16 noyabr 1889-cu il. Həsən bəy Zərdabinin hazırladığı yüksək keyfiyyətli arpa və buğdanın, “saluf” adlanan yemin və yüksək keyfiyyətli samanın bürünc medala, bəyin rəhbərlik etdiliyi sexlərdə toxunan yun kilimlərin və ipək cicimlərin kiçik gümüş medala layiq görülməsi barədə məlumat dərc edilmişdir.
  08 yanvar 1891-ci il. Bıçaqçı və Körpükənd kəndlərindəki qaçaq hərəkatı haqqında yazı dərc edilib. Yazı ilk dəfə “Yeni icmal” qəzetində Zərdab müxbiri tərəfindən dərc edilməsi bildirilir.
  10, 11, 13 yanvar 1891-ci il. Stepan Abramovu öldürməkdə ittiham edilən Göyçay qəzasının Lələ Əhmədli kənd sakini, 22 yaşlı İsrail Xəlil oğlunun axtarışı barədə məlumat dərc edlmişdir.
  07 iyun 1891-ci il. Müəllifi S.İ.Qulişambarova olan yazıda, Zərdab kəndlərinin də daxil olduğu Kür sahili vətəgələrin Hindistandan olan Sabro Maqundasov tərəfindən icarəyə götürülməsi haqqında məlumat verilir.

  28 iyun 1908-ci il. Dərc edilən felyetonda Zərdab kəndi haqqında da yazılmışdır.

  17 aprel 1915-ci il. Qubernator Şurasında Bakı quberniyasının Göyçay qəzasının Zərdab-Gəndəbil kənd icmasının Nəzəralı kəndində, Kür çayında bərənin quraşdırılması müzakirə edilib.

   (ardı var)

  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы