Əsas səhifə

Zərdab XIX əsrdə rus tarixçilərinin qeydlərində

  • Zubovun yazdığına görə, 1827-ci ilin qışında Kür sahillərindəki dəyirmanların və mağazaların mühafizəsi üçün Zərdab və Əlvənd arasında iki kazak polku və dörd artilleriya silahı yerləşdirilmişdir. Həmçinin Zərdab və Şuşa arasında nəqliyyatın hərəktini təmin etmək məqsədilə, Milçanovun başçılığı ilə Ağ Oğlanda kazak polku və 4 artlleriya silahı ilə birlikdə 6 gürcü polku yerləşdirilmişdir.
  • Zubov yazır ki, may ayının 1-də Zərdab və Ağcabədi arasında yüzə yaxın yüklü at qaçırılmışdır.
  • Vasili Alekseyeviç Pottonun yazdığına görə, 1827-ci ildə Qarasubasar mahalının Zərdab və Ləki kəndlərinin sakinləri bir rus eskadronunu ərzaqla təmin edirdilər. Potto həmçinin yazırdı ki, yerli kəndlilər və balıqçılar kiçik gəmilər vasitəsilə rus qoşunlarının Kür çayında hərəkətinə yardım edirdilər. 1827-ci ilin avqust ayında kəndlilər öz qayıqlarında təxminən 5 minlik heyəti olan piyada briqadasını Salyandan Zərdaba aparmışdılar.
  • Pottonun yazdığına görə, 1827-ci ildə Zərdab kəndində yerləşən iki eskadron xəstəlik nəticəsində böyük itkilər vermişdir. Polkovnik Богданов, 12 böyük rütdəli zabit, iki həkim və 56 siravi döyüşçü ölmüş, digər zabitlərin və 269 əsgərin demək olar ki, hamısı hospitalda müalicə alırdı. Zərdabda taxta xaçlar ilə döşənmiş ümumi qəbiristanlıq ruslar üçün hüznlü bir xatirə kimi qalmışdır.
  • Frolovun yazdığına görə, oktyabr ayında Qafqaz müharibəsinə cəlb edilən Qaradənizçilər, qış aylarında Əlvənd və Tilanköyün kəndlərində yerləşmişdilər.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы