Əsas səhifə

Zərdab XIX əsrin əvvəllərində rus generallarının hesabatlarında

  • 15 oktyabr 1820-ci ildə polkovnik Mişenko general leytenant Paskeviçə yazdığı hesabatda bildirir ki, Mustafa xan öz əyalına Cavaddan İrana keçmək haqqında göstəriş verib. Xan Əlvənd kəndində olan qaynı Abdul bəyə tapşırır ki, Zərdab kəndinə getsin və oradan oğlu Əliqulu bəyi götürərək birlikdə Cavada gəlsin. Əliqulu bəyin ətrafında olan bəylər və atlılar onunla getmək istəməyib və evlərinə dağılışıblar. Cavada Əliqulu bəy və Abdul bəy nökərləri ilə birlikdə yollanıblar.
  • General-leytenant Paskeviç 02 oktyabr 1826-cı ildə general Yermolova yazdığı hesabatında bildirir ki, müttəfiqləri olan Zərdab naibi Rəhim bəy (Həsən bəy Zərdabinin babası), Ləmbəran mahalının naibi Məmməd Hüseyn, Qarabağ mahallarının naibləri Qasım bəy, Məlik Aslan və başqaları İran sarbazları ilə döyüşlərdə fəallıq göstərmişdilər. Rəhim bəyin Kür sahillərinə kəşfiyyata gedən oğlu Məhərrəm bəy tapşırığı yerinə yetirərkən öldürülmüşdür.
  • 14 oktyabr 1826-cı ildə general-leytenant Paskeviç, general Yermolova yazdığı hesabatında bildirir ki, oktyabrın 9-da general mayor Krabbe Köhnə Şamaxıdan çıxaraq, öz dəstəsi ilə Zərdab istiqamətində yollanıb. Əgər Şirvan köçəriləri Cavada getmək istəsələr, dəstə də oraya yollanmalı idi. Əks təqdirdə Krabbe öz dəstəsi ilə Zərdab gedərək, Ləki kəndində və ətrafda yerləşən dövlət anbarlarına nəzarət etməli idi.
  • 18 oktyabr 1826-cı ildə general-leytenant Paskeviç, general Yermolova yazdığı hesabatında bildirir ki, tədarükün gedişatını, vəziyyətini öyrənmək məqsədilə leytenant, qnyaz Vaçnadzeni Zərdaba göndərib. Lakin Şəki xanının qardaşının Zərdab yaxınlığında olması səbəbindən, qnyaz Zərdaba getməyərək, 7 gün Ağcabədi kəndində qalmağa məcbur olub.  
  • 1826-cı ilin oktyabrında general Paskeviçə verilən hesabatda Mustafa xanın Ağsuda, Hacı xanın isə öz atlıları ilə birlikdə Körpükənddə olması və Qarabağ əyalətinin əhalisinin də ona birləşməsinin tələb etməsi haqqında yazılıb.
  • Paskeviç bu hesabatda bildirir ki, Zərdab naibi Rəhim bəy və Əlvənd naibi Novruzəli bəyin başçılıq etdiyi atlılar Kür sahilinini gürcü çarının dəstələrindən mühafizə etmişdilər.
  • 11 noyabr 1826-cı ildə general Yermolov mayor Aşeberqə yazaraq əmr edirdi ki, general-leytenant Paşkeviçin istədiyi kimi körpü salmaq mümkün olmadığı üçün, Zərdab mahalında, Kür üzərində mümkün qədər çox bərə hazırlansın və keçiddə ləngimə olmasın.
  • General leytenant Paskeviçin general Yermolova 13 noyabr 1826-cı il tarixli hesabatından: Kapitan Lazarevin və praporşik Aşın verdiyi məlumatlara görə, Zərdabdan aşağıya, Əlvəndə doğru manelər olduğu üçün, qoşunlarımızın Zərdabdan bir-neçə verst yuxarıda yerləşdirmək daha əlverişlidir. Kapitan və praporşikin fikrincə manelər bunlardan ibarət idi: 1) bu ərazidə yaxşı otlaq sahələri yoxdur; 2) ağaclar çox azdır; 3) dəyirmanlar daha uzaq olacaq (ən azı 50 verst); 4) rahat keçidlər yaratmaq çox çətindir, çünki bu ərazidə Kürün sahilləri olduqca dik və çay çox genişdir. Zərdabdan yuxarıda isə bol otlaq yerləri kifayət qədərdir, ağac və qamış çoxdur və bu səbəbdən bərə qurmaq rahat olacaq. Dəyirmanları isə kişik Göyçay çayından 35-50 verst məsafədə yerləşdirmək mümkündür.
  • General Paskeviçin General Yermolova yazdığı 13 noyabr 1826-cı il tarxli hesabatında bildirir ki,  Zərdab və Əlvənd kəndləri arasındakı əraziyə nisbətən, Zərdabın yuxarı hissələrində ağaclar sıx, qamışlar və otlaq yerlər kifayət qədərdir, dəyirmanlar Kürə daha yaxın məsafədə yerləşir, Kür sahilinə gəmilərin yaxınlaşmasının əlverişlidir. Rus qoşunlarının Zərdabdan 5 verst yuxarıda düşərgə salmaları nəzərdə tutulmuşdur.
  • 1826-cı ilin payızında Kür çayı ilə Zərdaba üzmək üçün kapitan-leytenan Qolibiçevin komandanlığı altında gəmi donanması yaradılmışdır.
  • 1827-ci ildə General Yermolovun Baş qərargah rəisi baron Dibiçə yazdığı hesabatda Zərdab və Körpükənd kəndləri arasında, Kür yatağında kifayət qədər döngələrin olması, qamışlıqlarda quldurların gizlənməsi barədə məlumat verilir. Hesabatda bildirilir ki. Körpükənddən çıxan yollar açıq sahələrdən keçir və nəqliyyatı mühafizə etmək daha asandır, odur ki, Zərdabdakı ehtiyat anbarını Körpükəndə köçürülməsi nəzərdə tutulmuşdur.
  • General Yermalovun gündəliyində, Paskeviçin general mayor Krabbenin məlumatları əsasında çar Nikolaya yazdığı hesabat haqqında qeydlər var. Krabbe bildirirdi ki, Kürün Salyandan Zərdaba qədər olan hissəsində qoşunlar üçün çörəyin bir hissəsini və içməli suyu əldə etmək olar. Krabbe məlumat verirdi ki, xoşbəxtlikdən düşmən Zərdab ətrafındakı ehtiyatı məhv etməyib və 6 ay müddətinə, ehtiyatımızın Astraxandan Bakıya gələnə qədər, qoşunları ərzaqla təmin etmək mümkün olacaq.
  • General Paskeviç gündəliyində (aprel 1827-ci il) yazır ki, un ehtiyatı Şirvan komendantı Aşeberq tərəfindən Kür çayı ilə Zərdab kəndinə müvəffəqiyyətlə çatdırılmışdır. Paskeviç ehtiyat mallarının Bakıdan, Qubadan və digər bölgələrdən Zərdaba çatdırılmasının daha əlverişli olmasından və Zərdabda baş ehtiyat mağazasının təşkil edilməsindən yazmışdır.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы