Əsas səhifə

Zərdab Osmanlı mənbələrində — «Qoyun ölümü» keçidi

    Özdəmiroğlu Osman paşa 1578-ci ildə müasir Zərdab ərazisində, “Qoyun ölümü” keçidində Səfəvi ordusunu məğlub etmişdir. Osmanlı mənbələri yazırlar ki, 1555-ci ildə Osmanlı imperatorluğu və Səfəvi dövləti arasında imzalanan sülh sazişi 1578-ci ildə pozuldu və osmanlılar Səfəvilər dövlətinin ərazisinə hücum etdilər. Osmanlı ordusu Qanıx və Qabirri çaylarının arasındakı bölgəyə çatdığı zaman, Səfəvilərin Təbriz hakimi Əmir xan 20 min nəfərlik bir ordu ilə Qarabağda yerləşmişdi. Kür çayı sahillərinə gələn Əmir xan, qüvvələrini Qabirri və Qanıx çaylarının birləşdiyi nöqtəyə yaxın bir yerdən, Ərəş və ya müasir Zərdab rayonunun ərazisində yerləşən “Qoyun ölümü” keçidindən qarşı sahilə keçirdi. Qaynaqlarda Kür çayı bəzən “Qoyunkeçidi” çayı şəklində də keçməkdədir.
Qoyun keçidi müharibəsi. Rəsmli bir Osmanlı Gazanamesi.
Qoyun keçidi müharibəsi. Rəsmli bir Osmanlı Gazanamesi.
   Osmanlı ordusu tərəfindən sıxışdırıran Səfəvi ordusu tab gətirməyərək Kür çayına doğru geri çəkilmişdilər. Əmir xanın oğlu Muğan hakimi Murad xanın rəhbərliyi ilə irəli göndərilən dəstə geri çəkilərkən keçidi tapa bilməmiş, Osmanlıların sıxışdırmaları səbəbindən çaya atılmışdılar. Murad xan da daxil olmaqla səfəvi əsgərlərinin əksəriyyəti Kür çayında boğularaq həlak olmuşdular. Osmanlı mənbələri “Qoyun keçidi” savaşında səfəvilər tərəfindən 5000 nəfərin öldürüldüyünü, 5000 nəfərin yaralandığını və geri çəkilənlərin Kür çayında boğulduğunu yazsa da, öz itkiləri haqqında məlumat vermirlər.
   Özdəmiroğlu Osman paşa Kür çayı üzərində körpü saldırmış, Ərəşdə ordugah qurmuşdur. Səfəvilərin keçmiş Şirvan hakimi Rumlu Aras Xanın otuz minlik ordu ilə osmanlılara hücum edəcəyi xəbərini aldıqdan sonra Salyana doğru hərəkət etmişdir. Lakin qıtlıq, döyüşçülərin və atların zəifliyi səbəbindən Zərdabdan Şamaxıya yönəlmişdir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы