Əsas səhifə

Allahverdiyev Məhyəddin           Без названия  Без названия

   Azərbaycanda güləşin özünəməxsus xüsusiyyətləri, qədim tarixi var. Əvvəllər klassik güləş kimi tanınan yunan-roma güləşi, ikinci Dünya müharibəsindən sonra ölkəmizdə sürətlə inkişaf edib. 1970-1980-ci illərin yunan-roma güləşinin ən məşhur simalarından biri də əslən Zərdab rayonundan olan Məhyəddin Allahverdiyevdir.

Meheddin_allahverdiyev

   Məhyəddin Allahverdiyev 1963-cü ildə anadan olub.  «Dinamo» və «Neftçi» idman cəmiyyətlərinin yetirməsidir. 1981- 1986-cı illərdə indiki Bakı İdman Akademiyasında məşqçi-müəllim fakültəsində təhsil alıb.
   1984-cü ildə İsveçin Yyonçyopinq şəhərində keçirilən Avropa çempionatında 48 kiloqram çəkidə birinci yeri tutaraq Avropa Çempionu adına layiq görülmüşdür. Beləliklə adı ilk azərbaycanlı Avropa Çempionu kimi güləş tariximizə düşmüşdür.
   Məhyəddin Allahverdiyev üç dəfə şəxsi, üç dəfə isə  komanda hesabı ilə Dünya Kubokunun sahibi (1983, 1984, 1987) olmuşdur.
   İlk azərbaycanlı güləşçi olaraq üçqat Dünya Çempionu adını qazanıb. 1985-ci ildə Norveçin Kolbotn şəhərində, 1986-cı ildə Macarıstanın Budapeşt şəhərində, 1987-ci ildə isə Fransanın Klermon-Ferran şəhərində keçirilən çempionatlarda ardıcıl üç dəfə 48 kiloqram çəkidə I yeri tutaraq üçqat Dünya çempionu adına layiq görülmüşdür.
   Gənclər arasında SSRİ çempionu (1981, 1982),  Dünya birinciliyinin gümüş mükafatçısı (1981), Avropa birinciliyinin isə bürünc mükafatçısıdır (1982).
   SSRİ çempionudur (1985) və çempionatının gümüş mükafatçısıdır (1984). 3 dəfə SSRİ kubokunun (1980, 1981, 1982)  sahibi olub. Hərbiçilər arasında SSRİ çempionudur (1984).
   1988-ci il keçirilən Olimpiya oyunlarının isə dördüncü mükafatçısıdır. 2006-cı ildə Riqada keçirilən  40–45 yaşlılar arasında Dünya çempionatının qalibi olub.
   1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqiçisidir, 1986-cı ildə «Əməkdar idman xadimi» adına,  1987-ci ildə Dünya Kuboku yarışında dünyanın ən texnikalı güləşçisi mükafatına layiq görülmüşdü. 1987-ci ildə də dünyada olimpiya idman növündə ardıcıl qələbələr qazanan idmançılar arasında SSRİ-nin tarixində 6-cı idmançı olub
   1992–1993-cü illərdə Azərbaycan Respublikasının İdman naziri, 1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olmuşdur.  
   Ailəlidir, iki övladı var.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы