Zerdab rayonu

ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Sadıqov Əfrail Siracəddin oğlu
    Serjant Əfrail Sadıqov 1966-cı ildə Əlibəyli kəndində anadan olub. Astara rayon gömrük idarəsinin əməkdaşı idi. 1993-cü ildə Zəngilan rayonunun Qazançı kəndində şəhid olub.
  • Sadıqov Münasib Mürşüd oğlu                                
    Münasib Sadıqov 1971-ci ildə Əlibəyli kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 123 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdərə rayonu Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Salikov Kamil Hacıkərim oğlu
    Kamil Sadıqov 1967-ci ildə Bıçaqçı kəndində anadan olub. 1994-cü ildə Qarabağ müharibəsinə yollanıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Seyidov Qabil Ziyad oğlu
    Qabil Seyidov 1973-cü ildə Şahhüseynli kəndində anadan olub. 1994-cü ildə Ağdam rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Səfərov İsmayıl Sarı oğlu                                             
    İsmayıl Səfərov 1972-ci ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü il tarixdə Ağdam rayonunda şəhid olub.
  • Səlimov Fuad Etibar oğlu                                                           
    Fuad Səlimov 1975-ci ildə Zərdab rayonunun Dəliquşçu kəndində anadan olub. 1995-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 777 saylı hərbi hissənin avtomatçısı idi. 1997-ci ildə hərbi tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olub.
  • Soltanov Müqtədir Soltan oğlu                                                
    Müqtədir Soltanov 1969-cu ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-166 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Soltanov Tehran Soltan oğlu                                  
    Tehran Soltanov 1967-ci ildə Gödəkqobu kəndində anadan olub. Əfqanıstan müharibəsi veteranı idi. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb, 708 saylı hərbi hissədə xidmət edib. 1992-ci ildə Ağdərə rayonununda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-33 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Şahmurov Elşad Abasqulu oğlu              
     Elçad Şahmurov 1974-cü ildə Şəftəhal kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi.  1994-cü ildə Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Şamilov Ceyhun Əlixan oğlu             
     Ceyhun Şamilov1975-ci ildə Bıçaqçı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Ceyhun Şamilovun adını daşıyır.
  • Şıxəliyev Elşad Əlişad oğlu                                              
     Elşad Şıxəliyev 1974-cü ildə Dəkkəoba kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Laçın rayonunda şəhid olub.
  • Şıxəliyev Pərviz Nəsir oğlu            
    Çavuş Pərviz Şıxəliyev 1974-cü ildə Zərdab rayonunun Məlikmudlu  kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 5480 saylı hərbi hissənin manqa komandiri idi. 1993-cü ildə Kəlbəcər rayonunun Mehmana kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2006-cı il tarixli 2-28 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Şirinov Seyran Şahmurad oğlu            
    Sehran Şirinov 1972-ci ildə Zərdab rayonunun Dəliquşçu kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Şükürov Şahlar Əvəz oğlu            
    Mayor Şahlar Şükürov 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şükürov, Qarabağ döyüşlərində iştirak edirdi. 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı ermənilərin hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. Ailəli idi, iki övladı yadigar qalıb. Ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür. Zərdab şəhərində adına küçə var. Rayondakı məktəblərdən biri onun adını daşıyır.
  • Umudov Miqdar Məhəmmədiyyə oğlu                            
    Miqdar Umudov 1964-cü ildə Körpükənd kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 190 saylı hərbi hissədə xidmət edib. 1993-cü ildə Ağdam rayonunun Güllücə kəndində şəhid olub.
  • Vahidov Aqşin Sərdar oğlu            
    Aqşin Vahidov 1973-cü ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 3270 saylı hərbi hissədə xidmət edib. 1993-cü ildə Xramort kəndində şəhid olub.
  • Vahidov Səyavuş Davud oğlu            
    Siyavuş Vahidov 1972-ci ildə Çallı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1993-cü ildə Ağdərə rayonunda şəhid olub.
  • Vəliyev İbrahim Ələmşah oğlu            
    İbrahim Vəliyevin ailəsi məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. İbrahim 2001-ci ildə Zərdab rayonunda anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin fevral ayında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən diversiya cəhdinin qarşısı alınarkən şəhid olub.
  • Vəlizadə Faiq Bayraməli oğlu                                     Без названия               
    Gizir Faiq Vəlizadə 1992-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. Həqiqi hərbi xidmətdən sonra, müddətdən artıq xidmətdə qalıb. Fərqləndiyi üçün hərbi kursa göndərilib. Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşüb. Talış və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə xüsusilə fərqlənib. 2020-ci ilin oktyabr ayında şəhid olub. Ailəli olub, iki övladı var. Ölümündən sonra  “Vətən uğrunda”, «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.
  • Yunusov Elsevər Babalı oğlu            
    Elsevər Yunusov 1974-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 161-ci saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonunda şəhid olub.
  • Yusifov Fərhad Ərəstun oğlu            
    Fərhad Yusifov 1973-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 3645 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda şəhid olub.
  • Zalov Məhəmməd Rəsul oğlu            
    Məhəmməd Zalov 1971-ci ildə Məlikli kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Füzuli rayonu Divanalılar kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Məhəmməd Zalovun adını daşıyır.
  • Zərbəliyev Zabit Kamil oğlu            
    Zabit Zərbəliyev 1966-cı ildə Məlikmudlu  kəndində anadan olub. Polis şöbəsinin əməkdaşı idi. 1992-ci ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Zabit Zərbəliyevin adını daşıyır.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7  


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы