Zerdab rayonu

ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Məmmədov Kamran Nurəddin oğlu
    Kamran Məmmədov 1969-cu ildə Böyük Dəkkə kəndində anadan olub. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Məmmədov Məhərrəm Feyruz oğlu
    Məhərrəm Məmmədov 1955-ci ildə Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. 1987-94-cü illərdə Zərdab rayon Məhkəməsinin hakimi işləyib. 1993-cu ildə Cəbrayıl rayonunda, Əhmədbəyli kəndi yaxınlığında şəhid olub. Ailəli idi, 4 övladı var.
  • Məmmədov Mətləb Səfəralı oğlu
    Mətləb Məmmədov 1972-ci ildə Allahqulubağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1992-cü ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.
  • Məmmədov Namiq Aslan oğlu                                              
    Namiq Məmmədov 1970-ci ildə Böyük Dəkkə kəndində anadan olub. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə, əsgər yoldaşlarının mühasirədən çıxmasına köməklik edərək şəhid olub.
  • Məmmədov Vahab Kamil oğlu                                          Без названия
     Vahab Məmmədov 1961-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Milli Orduya yazılıb, 704 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunda şəhid olub.
  • Mirəliyev Nicat İldırım oğlu                                                
    Nicat Mirəliyev 1986-cı ildə Zərdab şəhərində anadan olub. 2006-cı ildə hərbi xidmətə çağırılıb. 2006-cı ilin oktyabr ayında düşmən tərəfindən atılan atəş nəticəsində şəhid olub.
  • Musayev Habil Həmdulla oğlu                               
     Habil Muradov 1969-cu ildə Alıcanlı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 896-cı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonununda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-4 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Musayev Vüsal Namizəd oğlu             
    Vüsal Musayev 1979-cu ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olub. 1997-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağrılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1998-ci ildə xidməti borcunu yerinə yetirərkən yaralanaraq şəhid olub.
  • Muradov Turan Vaqif oğlu  Vətən uğrunda medalı Sugovushan_medal cesur doyuscu                                       Без названия
    Gizir Turan Muradov 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. 2013-2014-cü illərdə Füzuli rayonunda hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Bir çox kəndlərin, eləcə də Suqovuşanın və Talış yüksəkliyinin azad olunması uğrunda döyüşüb. 2020-ci ilin oktyabr ayında Suqovuşan döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, «Suqovuşanın azad olunmasına görə», «Cəsur döyüşçü» medalları ilə təltif edilib.
  • Nuhov Əziz Əsgər oğlu            
    Əziz Nuhov 1974-cü ildə Zərdab rayonunun Lələağacı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 15013 saylı hissənin avtomatçısı idi. Laçın və Kəlbəcər rayonlarında döyüşüb, 1993-cü ildə  Kəlbəcərdə itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-23 saylı Qətnaməsinə əsasən şəhidlik ona statusu verilmişdir.
  • Novruzov Elmar Ənvər oğlu            
    Elmar Novruzov 1957-ci ildə Zərdab rayonunda anadan olub. 1992-ci ildə Mingəçevir ŞHK-dan könüllü olaraq Milli Orduya yazılıb, 863-cü hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Xocalı rayonunda şəhid oub.
  • Rəhimov Elçin Yaşa oğlu            
    Elçin Rəhimov 1972-ci ildə Burunlu kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 704 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdam rayonu Qarakənd kəndi ətrafında gedən döyüşlərdə şəhid olub. Təhsil aldığı Burunlu kənd orta məktəbi Elçin Rəhimovun adını daşıyır.
  • Rəhimov Etibar Rəhim oğlu                            
    Etibar Rəhimov 1976-cı ildə Bıçaqçı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1995-ci ildə hərbi hissədə təlim zamanı şəhid olub.
  • Rəhimov Mehdi Naməddin oğlu            
    Mehdi Rəhimov 1967-ci ildə Körpükənd (Xasa) kəndində anadan olub. 1994-cü ildə könüllü olraq Milli Orduya yazılıb, 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonu Veysəlli kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
  • Rəhimov Vahid Rasim oğlu                               
     Vahid Rəhimov 1973-cü ildə  Zərdab şəhərində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 5477 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrin biri Vahid Rəhimovun adını daşıyır.
  • Rəsulov Rafiq Nüsrəddin oğlu            
     Rafiq Rəsulov 1972-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 706-cı saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Qubadlı rayonunun Başarat kəndində döyüş zamanı itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-172 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Rüstəmli İbrahim Mirzağa oğlu Vətən uğrunda medalı Xocavəndin_Azad_Olunmasına_Görə_medalı                                  Без названия
    İbrahim Rüstəmli 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2016-cı ildə könüllü olaraq Aprel döyüşlərində iştirak edib. 21 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşüb. Artilleriya hissəsində xidmət edən İbrahim, oktyabr ayında qəlpədən yaralanıb. Müalicə olunduqdan sonra yenidən cəbhəyə yollanıb, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda döyüşüb. Xocavənddə ilk azanı səsləndirən İbrahim, noyabr ayının 4-də yenidən yaralanıb. Yoldaşları ilə birlikdə mühasirədən çıxarkən qəhrəmanlıqla şəhid olub. Ailəli idi, bir övladı var. “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zərda şəhidləri
  • Rüstəmov Fərid Nofəl oğlu            
    Kiçik gizir Rüstəmli Fərid Nofəl oğlu Gəndəbil kəndində anadan olub.  12-13 sentyabr 2022-ci il döyüşlərində şəhid olub. iki azyaşlı övladı var.
  • Rüstəmov Yaşar Rüstəm oğlu            
    Yaşar Rüstəmov 1968-ci ildə Şəftəhal (Mehtililər) kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 191 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonunda şəhid olub.
  • Ömərov Osman Vəli oğlu            
    Osman Ömərov 1974-cü ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 157 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə şəhid olub.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7   növbəti


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы