Zerdab rayonu

ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Qarayev Mənsur Şirvan oğlu
    Mənsur Qarayev 1975-ci ildə Sarıqaya kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Füzuli rayonunda, döyüş əməliyyatı zamanı şəhid olub. Təhsil aldığı Sarıqaya kənd orta məktəbi Mənsur Qarayevin adını daşıyır.
  • Qasımov Çingiz Mehdi oğlu                                              Без названия
    Çingiz Qasımov 1973-cü ildə Gəndəbil kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb. 1992-ci ildə Ağdamın Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küşələrin biri Çingiz Qasımovun adını daşıyır.
  • Qasımov Elşən Tacəddin oğlu
     Elşən Qasımov 1975-ci ildə Aşağı  Seyidlər  kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1994-cü ildə Tərtər rayonunun Seysuran kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-71 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Qasımov Heydər Zeynal oğlu
     Heydər Qasımov 1975-ci ildə Alcanlı kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü il tarixdə Ağdərə rayonunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
  • Qasımov Namiq Qasım oğlu                                              Без названия
    Çavuş Namiq Qasımov 1973-cü ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olub. 1991-ci ildə Qarabağ müharibəsinə yollanıb. Tankvuran top batereyasında xidmət edib, komandir köməkçisi idi. 1993-cü ildə Qiyaməddinli kəndi uğurunda gedən döyüşdə şəhid olub.
  • Qasımov Zaur Abahan oğlu                                                           
     Zaur Qasımov 1973-cü ildə Yarməmmədbağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1993-cü ildə Ağdərə rayonunda gedən döyüşlər zamanı şəhid olub.
  • Qədirov Mehdi Ədil oğlu                                                
    Mehdi Qədirov 1961-ci ildə Otmanoba kəndində anadan olub. 1993-cü ildə Qarabağ müharibəsinə yollanıb. 1994-cü ilin yanvar ayında Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. İyun  ayında şəhidin nəşi tapılıb və Zərdab rayonunda dəfn edilib.
  • Qədirov Miraslan Asdan oğlu                               
    Miraslan Qədirov 1964-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. Daxili qoşunlarda xidmət edib. 1993-cü ildə Ağdam rayonunun Cəvahirlər kəndində şəhid olub.
  • Qocayev Arif Əlibala oğlu              
    Arif Qocayev 1968-ci ildə Xanməmmədli kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olub.
  • Qocayev Elman Yasin oğlu             
     Elman Qocayev 1974-cü ildə Gəlmə kəndində anadan olub.  1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Ağdam rayonu Mahrızlı kəndində, döyüş zamanı aldığı qəlpə yarasından şəhid olub.
  • Qurbanov Samir İslam oğlu                                              
     Samir Qurbanov 1976-cı ildə Mehtililər kəndində anadan olub. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1995-ci ildə Murovdağda itkin düşüb. 1996-cı ilin iyun ayında nəşi tapılıb və Zərdab rayonunda dəfn edilib.
  • Mahmudov Saqib Mahmud oğlu            
    Saqib Mahmudov 1967-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. 1992-ci ildə Mingəçevir ŞHK tərəfindən hərbi xidətə çağırılıb, 771-ci hərbi hissədə avtomatçı idi. 1992-ci ildə Laçın rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrin biri Saqib Mahmudovun adını daşıyır.
  • Mamayev Əhməd Nəsrəddin oğlu            
    Leytenant Əhməd Mamayev 1956-ci ildə Zərdab şəhərində anadan olub. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb, 708 saylı hərbi hissənin taqım komandiri idi. Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. 1992-ci ildə Ağdamın Sırxavənd kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il 2-62 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Mehdiyev Səyyad Abdulhəmid oğlu            
    Səyyad Mehdiyev 1976-cı ildə Məmmədqasımlı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1995-ci ildə Ağdam rayonunun Mərzili kəndində mina partlayışı nəticəsində şəhid olub.
  • Mehrəliyev İdris Səftər oğlu                            
    İdris Mehrəliyev 1973-cü ildə Dəliquşçu kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub.
  • Məmişov Münasib Tacəddin oğlu            
    Münasib Məmişov 1973-cü ildə Bıçaqçı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 67987 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-175 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Məmmədzadə Anar Nazim oğlu Vətən uğrunda medalı Füzulinin azad olunmasına görə                                Без названия
    Anar Məmmədzadə 1999-cu ildə Zərdab şəhərində anadan olub. Azərbaycan Tex Universitetinin tələbəsi idi. 2020-ci ilin yanvar ayında isə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb, Füzuli istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
  • Məmmədov Aydın Cəlil oğlu            
    Aydın Məmmədov 1961-ci ildə Çallı kəndində anadan olub. 1992-ci ildə Qarabağ müharibəsinə yollanıb. 1995-ci ildə Füzuli rayonunda şəhid olub.
  • Məmmədov Bədəl Ağacan oğlu                                                         
    Bədəl Məmmədov 1973-cü ildə Şəftəhal kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
  • Məmmədov Bəhlul İsam oğlu            
     Bəhlul Məmmədov 1975-ci ildə Zərdab rayonunun Burunlu kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdurrəhmanli kəndində gedən döyüşlərdə itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-169 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Məmmədov Gəray Mirəhməd oğlu            
    Gəray Məmmədov 1970-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdərə rayonunda Poltəpə yaxınlığında gedən döyüşlərdə şəhid olub.
  • Məmmədov Haqverdi Fəxrəddin  oğlu            
    Haqverdi Məmmədov 1970-ci il tarixdə Yuxarı Seyidlər kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füsuli rayonunun Şükürbəyli kəndində şəhid olub.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7   növbəti


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы