Zerdab rayonu

ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Xanəliyev  Namiq Xanalı oğlu
    Namiq Xanəliyev 1971-ci ildə Alcanlı kəndində anadan olub.  Zərdab RHK tərəfindən hərbi xidmətə çağrılıb, 706-cı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Qubadlı rayonunun Qələağac yüksəkliyində itkin düşüb.  Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-66 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Xəlilov İbrahimxəlil Qasım oğlu                                
    İbrahimxəlil Xəlilov 1956-cı ildə Alıcanlı kəndində anadan olub. 1991-ci ildə Qarabağ müharibəsinə yollanıb. 1993-cü ildə Ağdam rayonunda gedən döyüşlərin birində şəhid olub.
  • Xəlilov Malik İsa oğlu
    Malik Xəlilov 1973-cü ildə Zərdab şəhərində anadan olub. Göyçay RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Malik Xəlilovun  adını daşıyır.
  • Xəlilov Mehman Ağabala oğlu
    Mehman Xəlilov 1973-cü ildə Şəftəhal kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Murovdağda şəhid olub.
  • Xəlilov Məhəmməd Qəhrəman oğlu                                             
    Məhəmməd Xəlilov 1965-ci ildə Şəftəhal kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 123 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Məhəmməd Xəlilovun adını daşıyır.
  • İbadov Zamin Vaqif oğlu                                                           
     Zamin İbadov 1976-cı ildə Pərvanlı kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 161 saylı hərbi hissənin avtomatçısı idi. 1995-ci ildə Ağdam rayonunun Mərzili kəndində mina partlayışı nəticəsində şəhid olub.
  • İbişov Naməddin Tacəddin oğlu                                                
    Naməddin İbişov 1965-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
  • İbrahimov Seyran İbrahim oğlu                                  
    Sehran İbrahimov 1965-ci ildə Bəyimli qəsəbəsində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 25032 saylı hərbi hissənin avtomatçısı idi. Tərtər uğrunda gedən döyüşlərin birində itkin düşüb və 2 aydan sonra evlərinə qayıdıb. 1993-cü ildə könüllü olaraq yenidən Qarabağ müharibəsinə yollanıb. 1994-cü ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
  • İmanov Yavər Həsən oğlu              
   Yavər İbrahimov 1966-cı ildə Qoruqbağı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Fizuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində şəhid olub.
  • İsaqov Zakir Nüsrət oğlu             
    Zakir İsaqov 1958-ci ildə Təzəkənd kəndində anadan olub. Milli Orduya könüllü yazılmışdır. 123 saylı hərbi hissənin tərkibində döyüşüb. 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində şəhid olub. Zərdab şəhərindəki küşələrin biri Zakir İsaqovun adını daşıyır.
  • İsayev Sahib Ağahüseyn oğlu                                              
    Sahib İsayev 1972-ci ildə Zərdab rayonunun Dəkkoba kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb, 702 saylı hərbi hissədə xidmət edib. 1994-cü ildə Füzuli rayonunda, yaralı vəziyyətdə döyüş bölgəsində qalaraq itkin düşüb. Ermənilər tərəfindən əsir götürüldüyü ehtimal olunur.
  • İsgəndərov Xəzani Nizami oğlu            
    Xəzani İsgəndərov 1977-ci ildə Gəlmə kəndində anadan olub. Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılıb. 1996-cı ildə şəhid olub.
  • İsmayılov Babək Mehdi oğlu            
    Babək İsmayılov 1971-ci ildə Qoruqbağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 5477 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Babək İsmayılovun adını daşıyır.
  • İsmayılov Davud İsmayıl oğlu            
    Davud İsmayılov 1974-cü ildə Otmanoba kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Füzulu rayonunun Yuxarı Ədurrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
  • İsmayılov Dəyanət İsmayıl oğlu                                       
    Dəyanət İsmayılov 1975-ci ildə Gəndəbil kəndində anadan olub. 1993- cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Füzuli rayonu Aşağı Əbdulrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
  • İsmayılov Mahir Şahabbas oğlu            
    Mahir İsmayılov 1974-cü ildə Alıcanlı  kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam rayonunda itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-168 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • İsmayılov Nazir Əlsəf oğlu            
    Nazir İsmayılov 1974-cü ildə Alcanlı kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə yaralanaraq şəhid olub.
  • İsrəfilov Məhəmməd Şahvələd oğlu            
    Məhəmməd İsrəfilov 1973-cü ildə Təzəkənd kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə, Murovdağda şəhid olub.
  • Kərimov Elşən Kərim oğlu                                                         
    Elşən Kərimov 1970-ci ildə Yediyarlı (Əlibəyli) kəndində anadan olub. Daxili qoşunlarda xidmət edib. 1992-ci ildə Ağdam rayonunda şəhid olub.
  • Kərimov Nəfi Kərim oğlu            
    Nəfi Kərimov 1969-cu ildə Məmmədqasımlı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
  • Köçəriyev Rahib Kamal oğlu            
    Rahib Köçəriyev 1973-cü ildə Allahqulubağı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7   növbəti


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы