Zerdab rayonu

ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Əliyev Nurəmir Nurəddin oğlu                               
    Çavuş Nurəmir Əliyev 1966-cı ildə Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini sovet ordusu sıralarında keçib. 1993-cü ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulub. 702 saylı hərbi hissədə bölmə komandiri idi, döyüşlərdə dəfələrlə fərqlənmişdir. Komandiri olduğu tank heyəti 1993-cü ilin iyun ayında Korazıllı kəndi istiqamətində hücuma edən düşmən tanklarını məhv edib. 1994-cü ilin yanvar ayında isə Şükürbəyli kəndi istiqamətində düşmənin 2 tank əleyhinə raket və rabitə qurğusunu ələ keçirərək hərbi hissəyə təhvil verib. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Zərdab şəhərində onun adına küçə var. Ailəli olub, 2 övladı var.
  • Əliyev Taleh Saleh oğlu
   Zərdab rayonunun Gödəkqobu kəndində anadan olub. 13 sentyabr 2023-cü il tarixdə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olub. Ailəli olub, 2 övladı var.
  • Əliyev Umud Alməmməd oğlu                                
    Umud Əliyev 1970-ci ildə İsmayıllı rayonunda anadan olub. Sonralar ailəsi ilə birlikdə Körpükənd kəndinə köçüb. Umud Əliyev 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olub.
  • Əmrəliyev Elxan Tərlan oğlu
     Elxan Əmrəliyev 1973-cü ildə Xanməmmədli  kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 3280 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdərə rayonu ərazisində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-171 №-li Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Əsədov Sərdar Ataxan oğlu
    Sərdar Əsədov 1975-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1993-cü ildə Ağdam rayonu ərazisində itkin düşmüşdür. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-36 №li Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Əzizov Elman Ağa oğlu                                             
    Elman Əzizov 1973-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1991-ci ildə Milli Orduya çağırılıb. 1995-ci il tarixdə  Cəbrayıl rayonunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
  • Fərəcov Fərəc Baxşeyiş oğlu
     Fərəc Fərəcov 1976-cı ildə İsaqbağı  kəndində anadan olub. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ii tarixdə Tərtər rayonunda gedən döyüşlərin birində şəhid olub.
  • Hacıyev Elçin Ramazan oğlu                                                
    Elçin Hacıyev 1970-ci ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olub. Sovet Ordusu sıralarında xidmət edib, 1993-cü ildə Qarabağ müharibəsinə yollanıb. Ağdam və Füzuli bölgələrində döyüşüb. 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərin birində şəhid olub.
  • Hacıyev Müşviq Zabit oğlu                                            Без названия 
   Müşfiq Hacıyev 1974-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. 1992-ci ildə Milli Orduya çağırılıb. Bakıda təlim keçdikdən sonra Ağdərə, Kəlbəcər rayonlarında kəşfiyyatçı kimi xidmət edib. 18 yaşlı gənc hərbi hissənin ən bacarıqlı kəşfiyyatçılarından biri olub. Növbəti kəşfiyyatda olan Müşfiq və döyüşçü yoldaşı 14 nəfər kəşfiyyatçımızın mühasirəyə düşməsinin qarşısını alaraq, onların həyatlarını xilas etmişdilər. Müşfiq və döyüşçü yoldaşı qeyri-bərabər döyüşdə yaralanmalarına baxmayaraq mövqelərini tərk etməyiblər. 1992-ci ildə Qızılqaya kəndində şəhid olan qəhrəman, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Bıçaqçı kənd tam orta məktəbinə şəhidin adı verilib. Keçmiş “Şirvan” kolxozunun maliyyə dəstəyi ilə məktəbin həyətində şəhidin abidəsi ucaldılmışdır. 2000-ci ildə isə şəhidin döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi” kitabı nəşr olunub.
  • Hacıyev Namət Mədət oğlu              
    Namət Hacıyev 1966-cı ildə Körpükənd kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Ağdam rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
  • Heydərov Sərvan Mütəllim oğlu                                     
    Sərvan Heydərov 1975-ci ildə Ağabağı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Füzuli rayonunun Əbdulrəhmanlı kəndi ərazisində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-167 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir.
  • Həsənov Elman Baharəddin oğlu                                              
    Elman Həsənov 1975-ci ildə Əlvənd kəndində anadan olub. 1993-cü ildə Milli Orduya çağırılıb. 1995-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Tərtər rayonunun Borsunlu kəndində şəhid olub.
  • Həsənov Etibar Xalid oğlu            
    Etibar Həsənov 1974-cü ildə Zərdab şəhərində anadan olub. 993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Füzuli rayonununda şəhid olub. Zərdab şəhərinin küçələrindən biri Etibar Həsənovun adını daşıyır.
  • Həsənov İlqar Hacıkərim oğlu            
    İlqar Həsənov 1970-ci ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. 1993-cü ildən Milli Ordu sıralarında Ağdərə, Füzuli rayonlarında döyüşüb. 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərin birində şəhid olub.
  • Həşimov Vüsal Camaləddin oğlu            
    Vüsal Həşimov 1988-ci ildə Məmmədqasımlı kəndində anadan olub. 2006-cı ildə hərbi xidmətə çağırılıb. 2007-ci ildə düşmən tərəfindən atılan atəş nəticəsində şəhid olub.
  • Hüseynov Bəhruz Şiraslan oğlu                            
    Bəhruz Hüseynov 1958-ci ildə Əlibəyli kəndində anadan olub. Zəngilan rayon polis şöbəsinin baş leytenantı idi. 1994-cü ildə Zəngilanda xidməti borcunu yerinə yetirərkən şəhid olub.
  • Hüseynov Həzi Xalid oğlu oğlu            
    Həzi Hüseynov 1975-ci ildə Pərvanlı kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. Tərtər və Ağdam rayonlarında döyüşüb. 1994-cü ildə döyüşlərin birində şəhid olub.
  • Hüseynov Hüseyn Məhəmməd oğlu            
    Hüseyn Hüseynov Gəlmə kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. Hüseyn Bakıda artileriya təlim-tədris diviziyasının kursantı idi. Hərbi hissədə təlim zamanı şəhid olub.
  • Hüseynov Rəhim Qədir oğlu oğlu                       Без названия 
    Rəhim Hüseynov 1984-cü ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2001-2005-ci illərdə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2005-2006-cı illərdə isə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb. İngilis, rus, erməni dillərini mükəmməl bilirdi. Xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmişdir. NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək, qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının Qüvvə Qorunması taborunun komandiri vəzifələrini icra etmişdir. Göstərdiyi xidmətlərə görə NATO-nun ləyaqətli xidmət medalı ilə təltif olunan ilk və yeganə azərbaycanlı zabitdir. Rəhim Hüseynov 2020-ci il sentyabr ayının 27-dən, Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşmüşdür. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir. Oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olmuşdur.  II Fəxri Xiyabanda dəfn edilib. Zərdab rayonu Gəlmə kəndində ucaldılan Şəhidlər abidəsində mayor Hüseynovun da xatirəsi əbədiləşdirilmişdir. Fəth etdiyi zirvələrdən biri “Rəhim zirvəsi” adlandırılmışdır. Ailəli idi. 3 övladı var. III dərəcəli «Qüsursuz xidmətə görə», «Əfqanıstanda sülhməramlı missiyaya görə» medalları ilə,  «Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi», «Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi», «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalları ilə, ölümündən sonra isə «Qarabağ» ordeni ilə, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medallları təltif olunmuşdur.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7   növbəti


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы