ZƏRDAB  ŞƏHİDLƏRİ         Без названия

  • Babaşov Mehman Mirsəməd oğlu
    Mehman Babaşov 1974-cü ildə Zərdab şəhərində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2001-ci il tarixli 2-34 saylı Qətnaməsinə əsasən Mehman Babaşova şəhidlik statusu verilmişdir.
  • Bayramov Şaiq Tofiq oğlu                                
    Şaiq Bayramov 1973-cü ildə Əlvənd kəndində anadan olub. 1991-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 5456 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərinin küçələrindən biri Şaiq Bayramovun adını daşıyır.
  • Bəkirov  İldırım  Mahmud  oğlu
    İldırım Bəkirov 1974-cü ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1993-cü ildə Ağdaş RHK tərəfindən Milli Orduya çağırılıb. 706 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə  Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.
  • Bəkirov Zahid Ağahüseyn oğlu
    Zahid Bəkirov 1963-cü ildə Zərdab şəhərində anadan olub. Daxili işlər şöbəsinin mühafizə bölməsinin əməkdaşı idi. 1992-ci ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhərindəki küçələrin biri Zahid Bəkirovun adını daşıyır.
  • Bəkirov Ziya Xan oğlu                                             
    Ziya Bəkirov 1973-cü ildə Pərvanlı kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1992-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndində gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Ziya Bəkirovun adını daşıyır.
  • Cavadov Aydın Vəli oğlu                                                           
   Aydın Cavadov 1973-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 2009 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə dövlət sərhədində qəhrəmanlıqla şıhid olub.
  • Cəbişov Daşqın Qulu oğlu                                                
    Daşqın Cəbişov 1973-cü ildə Yarməmmədbağı kəndində anadan olub. 1991-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb. Daxili qoşunlarda xidmət edib. 1992-ci ildə Qarabağa göndərilib, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1993-cü ildə Ağdam rayonu Qalayçılar kəndində itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2007-ci il tarixli 2-174 saylı Qətnaməsinə əsasən Daşqın Cəbişova şəhidlik statusu verilmişdir.
  • Cəbrayıllı İbrahim Raqub oğlu  Vətən uğrunda medalı Kəlbəcərin_Azad_Olunmasına_Görə_medalı                                Без названия 
    Çavuş İbrahim Cəbrayıllı 1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. 2017-ci ildə hərbi xidmətə çağırılıb. Daxili Qoşunlarda xidmətə başlayıb, müddətdən artıq hərbçi kimi də qulluğunu davam etdirib. Vətən müharibəsinin ilk günündən döyüşən İbrahim, 30 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
  • Cəfərov Vahid Səfər oğlu              
    Vahid Cəfərov 1972-ci ildə Zərdab  şəhərində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb. 161 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonu Poltəpə yüksəkliyi uğrunda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Vahid Cəfərovun adını daşıyır.
  • Cəlilov Coşqun Əsgər oğlu             
    Coşqun Cəlilov 1975-ci ildə Sileyli  kəndində anadan olub. 1993-cü ildə hərbi xidmətə çağırılıb. Coşqun Cəlilov 1994-cü ildə şəhid olub.
  • Dəmirov Famil Ağacan oğlu                                              
     Famil Dəmirov 1966-cı ildə Şahhüseynli kəndində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 703 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə  Tərtər rayonunda döyüşlər zamanı itkin düşüb. Zərdab rayon Məhkəməsinin 2000-ci il tarixli 2-79 saylı Qətnaməsinə əsasən  Famil Dəmirova şəhidlik statusu verilmişdir.
  • Eminov Fərrux Əli oğlu            
     Fərrux Eminov 1973-cü ildə Zərdab şəhərində anadan olmuşdur. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 701 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Zərdab şəhər Fəhlə qəsəbəsindəki küçələrdən biri şəhidin adını daşıyır.
  • Eminov Zaur Surət oğlu            
    Zaur Eminov 1975-ci ildə Çallı  kəndində anadan olub. 1993-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağrılıb, 181 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Qaravənd kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
  • Eyvazov Söhrab Nadir oğlu            
    Söhrab Eyvazov 1973-cü ildə Dəkkəoba kəndində anadan olub. 1992-ci ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 702 saylı hərbi hissənin avtomatçısı idi. 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid olub.
  • Eyvazov  Rafiq İsrayıl oğlu                            
    Rafiq Eyvazov 1968-ci ildə Zərdab şəhərində anadan olub. Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb, 708 saylı hərbi hissənin avtomatçısı idi. 1992-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb.  Zərdab rayon Məhkəməsinin 2000-ci il 2-96 saylı Qətnaməsinə əsasən Rafiq Eyvazova şəhidlik statusu verilmişdir.
  • Ədilov Əfqan Maqsud oğlu            
    Əfqan Ədilov 1975-ci il tarixdə Zərdab şəhərində anadan olub. 1994-cü ildə Zərdab RHK tərəfindən Milli Orduya çağırılıb. 1994-cü ildə Kəlbəcər bölgəsində, Murovdağda gedən döyüşlərin birində şəhid olub. Zərdab şəhərindəki küçələrdən biri Əfqan Ədilovun adını daşıyır.
  • Əhmədov Əlimərdan Əli oğlu            
    Əlimərdan Əhmədov 1962-ci ildə Şıxbağı kəndində anadan olub. 1994-cü ildə Qarabağ döyüşlərinə yollanıb. 1994-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərin birində şəhid olub.
  • Əhmədov Nəsimi Əhməd oğlu            
    Nəsimi Əhmədov 1970-ci ildə Yuxarı Seyidlər kəndində anadan olub. 1994-cü ildə Qarabağ döyüşlərinə yollanıb. 1994-cü ildə Beyləqan rayonunda gedən döyüşlərin birində şəhid olub.
  • Əhmədov Vidadi Qüdrət oğlu                                          Без названия               
    Vidadi Əhmədov 1968-ci ildə Nəzəralı kəndində anadan olub. 1993-cü ildə Qarabağ müharibəsinə yollanıb.1994-cü ildə Beyləqan rayonunda gedən döyüşlərin birində şəhid olub.
  • Əliyev Ələsgər Rəsul oğlu            
    Ələsgər Əliyev 1965-ci ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. İyun ayında Sırxavənd kəndinin ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Kənd uğrunda gedən döyüşlərdə itkin düşüb. Yaralı vəziyyətdə döyüş meydanında qaldığı və ermənilər tərəfindən əsir götürüldüyü güman edilir. Zərdab rayon Məhkəməsinin 2002-ci il 2-182 saylı Qətnaməsinə əsasən Ələsgər Əliyevə şəhidlik statusu verilmişdir. Ailəli olub, iki övladı var.
  • Əliyev Qüdrət Səfər oğlu            
    Qüdrət Əliyev 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. Ailəsi ilə birlikdə qaçqın kimi Bıçaqçı kəndində məskunlaşmışdır. 1993-cü ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
  • Əliyev Mail Mikayıl oğlu            
    Mail Əliyev 1969-cu ildə Otmanoba kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərin birində şəhid olub.

Səhifələr:    əvvəlki  1   2   3   4   5   6   7   növbəti


Müəllif hüquqları qorunur.  Yazılardan istifadə edərkən mənbə göstərilməlidir.

Создайте подобный сайт на WordPress.com
Начало работы