Əsas səhifə

Yarayız, Yarayıc və ya Yerağzı şəhəri

   Orta əsrlərdə müasir Zərdab ərazisində, Bıçaqçı kəndi yaxınlığında böyük və zəngin şəhər olub. Şəhəri Yarayız, Yarayıc və Yerağzı kimi adlandırılır. İndi də ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, “İndi ki, Yarayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq mümkün olmaya” deyirlər. Ərazidə ciddi tərqiqat işləri aparılmamışdı və odur ki, şəhərin adı, yerləşdiyi məkan, nə vaxt, hansı səbəbdən dağıldığı dəqiq məlum deyil. Qulu Zərdabi bu qədim şəhərin Yarayıc adlandırıldığını, Bıçaqçı kəndinin ərazisində yerləşdiyini və şəhərdə hətta kanalizasiya sistemi də olduğunu yazır. Qulu bəy bildirir ki, bu ərazidə ərəblər və yerli əhali arasında müharibə olub və şəhər ərəblər tərəfindən dağıdılıb.
   Əlyazmalar İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov yazır ki, köhnə Kür çayından 2 kilometrlik məsafədə, Türyançaya yaxın yerləşən bu qədim şəhər Yarayız adlandırılmışdır. Sarvan müəllim şəhərin tarixinin X əsrə və ondan da əvvələrə gedib çıxdığını və Yuxarı Seyidlər kəndinin ərazisində yerləşdiyini bildilir. Sarvan müəllim yazır ki, kənd ağsaqqalları deyirdilər ki, sonradan Yarayız şəhəri qanlı müharibələr nəticəsində dağılıb və qanlı gölə çevrilib. 1960-cı illərdə traktorlar gölün üst tərəflərində və ətrafında yer şumlayanda çoxlu saxsı qablar, küplər qırılıb əraziyə yayılmışdı. Bu isə böyük ərazini əhatə edirdi.
    Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Yerağzı adlandırdığı yaşayış məntəqəsinin qədim Bərdic şəhərinin qalıqları olduğunu ehtimal edir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы