Əsas səhifə

Qaravəlli Tapdıq obası

    Zərdab ərazisində yaşayan Qaravəlli obalarından biri olan Qaravəlli Tapdıq obası, 1870-ci ildə qəza mərkəzindən 55 verst məsafədə, Kür sahilində yurd salmışdır. Hazırda Lələağacı kəndi yaxınlığında Qaravəlli yurdu, qalası adlanan ərazi var. Qaravəlli Tapdıq obası sonralar Çallı kəndinə doğru yerini dəyişmiş və Xələc kənd icmasına daxil edilmışdir.

Kür çayı

   1870-ci ildə obanın 15 təsərrüfatında 58 nəfər (30 kişi, 28 qadın) əhali, 1879-cu ildə isə 12 təsərrüfatında 49 nəfər əhali qeydə alınıb. Sənədlərə əsasən, 1986-cı ildə Xələc kənd icmasına daxil edilən Qaravəlli Tapdıq obasının 12 təsərrüfatında 30 kişi, 21 qadın olmaqla, 51 nəfər əhali, 1902-ci ildə isə 9 təsərrüfatında 28 kişi, 20 qadın olmaqla, 48 nəfər əhali yaşayıb. 1902-ci ildə oba əhalisi azalmışdır, bu da Qaravəlli ailələrinin digər oba, yurd yerlərinə köçmələri ilə əlaqədar ola bilərdi. Qəza mərkəzindən 45 verst, pristav idarəsindən 31 verst məsafədə yerləşən oba, 1911-ci ildə də Xələc icmasına daxil edilmişdir. Obanın 13 təsərrüfatında 36 kişi, 34 qadın olmaqla 70 nəfər əhali qeydə alınmışdır.
   Oba ailələrinin sonradan Zərdabın digər ərazisinə küçürülməsi haqqında məlumat var. Professor Eldəniz Həsənov Qaravəlli oba ailələrinin XX əsrin əvvəllərində indiki Qoşaoba ərazisinə köşürülməsi barədə yazır. Eldəniz müəllim bildirir ki, bu Qaravəlli obası Zərdab-Ucar yolunun kənarında, Çallı kəndinin yaxınlığında yerləşmişdir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы