Əsas səhifə

Qaravəlli Ağaməmməd obası

    Rus impeiyasının Bakı quberniyasına aid sənədlərində indiki Zərdab ərazilərində məskunlaşan Qaravəlli Ağaməmməd obası haqqında məlumatlar var. Ağaməmməd adlı şəxs obada yaşayan ailələrinin başçısı olub. 1870-ci ildə Qaravəlli Ağaməmməd obası Zərdab rayonunun indiki Alıcanlı kəndlərinin yaxınlığında, Saqabdivap (bəzi mənbələrdə Səpənkova) adlanan qışlaq ərazilərdə məskən salmışdılar. Sənədlərə əsasən, 1870-ci ildə Göyçay qəza mərkəzindən 40 verst, pristav idarəsindən (Ucar dəmiryol stansiyası) 25 verst məsafədə yurd salan obanın 34 təsərrüfatında 98 kişi, 92 qadın olmaqla 190 nəfər əhali, 1879-cu ildə isə 34 təsərrüfatında 120 kişi, 82 qadın olmaqla 202 nəfər əhali yaşayıb.
   1886-cı ildə  İlxıçı-Əlicanlı kənd icmasına daxil edilən Qaravəlli Ağaməmməd obasının 50 təsərrüfatında 141 kişi, 102 qadın olmaqla 243 nəfər əhali qeydə alınıb. Oba 1911-ci ildə Əlicanlı kənd icmasının tərkibində yerləşib və  44 təsərrüfatında 260 kişi, 180 qadın olmaqla 440 nəfər əhali yaşayıb. Çox güman ki, sonrakı illərdə oba ailələri Alıcanlı (Əlicanlı) icma əhalisinə qarışmış və ya indiki Qaravəlli kəndində məskən salan digər oba ailələri ilə birləşmişdilər.
   Sənədlərdə Şamaxı xanlığının Xançoban mahalına daxil olan Qaravəlli obası ilə yanaşı Ağaməmməd İlxıçı obasının da adı çəkilir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы