Əsas səhifə

Nuru obası

    Ötən əsrin 70-ci illərində Bakı Quberniyasının Göyçay qəzasının ərazisində məskunlaşan Nuru obası Şahsünlü kənd icmasına daxil edilmişdir. Oba müasir Zərdab rayonu ərazisində, qəza mərkəzindən 73 verst məsafədə yerləşib. 1870-ci ildə Nuru obasında 22 təsərrüfatında 52 nəfər kişi, 49 nəfər qadın olmaqla, cəmi 101 nəfər əhali, 1879-cu ildə isə 19 təsərrüfatında 58 nəfəri kişi, 45 nəfəri isə qadın olmaqla, cəmi 103 nəfər əhali qeydə alınıb.
   1886-cı ildə oba Şamaxı qəzasının Kürdəmir bölgəsinin Şahsünlü kənd icmasının tərkibində yerləşirdi. Sənədlərə əsasən, obanın 20 təsərrüfatında 70 nəfər kişi, 45 nəfər qadın olmaqla, cəmi 115 nəfər əhali yaşayıb.
   XX əsrin ilk illərində də oba Şahsünlü kənd icmasına daxil edilmişdir. 1902-ci ildə obanın 20 təsərrüfatında 115 nəfər əhali, 1911-ci ildə isə 22 təsərrüfatında 151 nəfər əhali qeydə alınıb.
   Nuru obası 1917 və 1921-ci illərdə Kürdəmir bölgəsinin Əlvənd icmasına daxil edilmişdir. Oba 1917-ci ildə 40 evdən, 1921-ci ildə isə 36 evdən ibarət olub.
   Sonrakı illərdə Nuru obası haqqında məlumat verilmir. Çox güman ki, yaşayış məntəqəsinin ya adı dəyişdirilmiş, ya da Şahsünlü kəndi ilə birləşdirilmişdir.
  <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы