Əsas səhifə

Hacı Mahmudlu obası

Kür çayı, mahmudlu obası
    Üzün müddət rayonun icra strukturlarında müxtəlif vəzifələrdə çalışan, rayon qəzetinin əməkdaşı olmuş, Təzəkənd sakini, jurnalist Fərasət Bilalov bildirir ki, Bala Dəkkə sakinləri əvvəllər Kür çayının indiki yatağında, Hacı Mahmudlu adlanan obada məskən salıblar. Həmin dövrdə çayın yatağı xeyli aralıdan, təqribən 500-600 metrlik məsafədən keçdiyi üçün oba sakinlərinə təhlükə törətməyib. Sonralar Kür çayının yatağı dəyişdirilib və çay obanın lap yaxınlığından axıb. Daşqınlar səbəbindən sakinlərin oba ərazisində yaşaması mümkün olmayıb və onlar təqribən 400-500 metr aralıda olan Böyük Dəkkə yaxınlığına köçüblər. Yaşayış məntəqəsini Böyük Dəkkədən fərqləndirmək üçün Bala Dəkkə adlandırıblar. Bala Dəkkə kəndində 1917-ci ildə 17 ev, 1921-ci ildə isə 18 ev qeydə alınmışdır. Kənd hazırda Təzəkəndin bir məhəlləsidir.
    <<< Geriyə

 
Создайте подобный сайт на WordPress.com
Начало работы